Azərbaycan Suriyada sülhün və sabitliyin təmin olunmasını vacib sayır – XİN

Azərbaycan Suriyada baş verən prosesləri yaxından izləyir və bu ölkənin suverenliyi ilə ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail-Suriya qarşıdurması ilə bağlı açıqlamasında bildirib.
“Suriyanın ərazi bütövlüyü, suverenliyi, bölünməzliyi və siyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik. Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir”, – Hacızadə qeyd edib.