• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

Xarici vətəndaşlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edə biləcəklər

Xarici vətəndaşlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edə biləcəklər
21.07.2025 12:22

Bu ilin iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər edə biləcəklər. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə yaydıqları məlumata istinadən xəbər verir.

Qeyd edilən imkan 90 gün müddətinə qədər Azərbaycana səfər edən, həmçinin ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşlara şamil olunacaq.

Fərdi minik avtomobilləri ilə adıçəkilən ərazilərə səfər etmək istəyən xarici ölkələrin vətəndaşları “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalı üzərindən icazə almaqla səfərlərini reallaşdırmaq imkanı əldə edəcəklər.

Portalda xarici ölkə vətəndaşlarının pasport məlumatlarının daxil edilməsi üçün müvafiq pəncərələr yaradılıb, əlçatanlığı təmin etmək üçün portalda ingilis və rus dillərində funksionallıq təmin olunub.

Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, müvafiq yoxlanışdan keçdikdən sonra işğaldan azad edilmiş ərazilərə daxil olduqda mina təhlükəsizliyinə əməl etmək üçün marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.

Xarici ölkələrin vətəndaşları, həmçinin “Yolumuz Qarabağa” portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər.

Bununla yanaşı, əcnəbilər işğaldan azad edilmiş ərazilərə qrup halında da səfər edə bilərlər. Qrup turları Turizm Reyestrində turoperator kimi qeydiyyatdan keçmiş turizm şirkətləri tərəfindən həyata keçiriləcək.

Həmçinin bildiririk ki, yuxarıda adları çəkilən ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən xarici vətəndaşlar əraziyə giriş icazəsi əldə etmiş olacaqlar.

Rəsmiləşdirilən icazələr 5 gün müddətində etibarlı olacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Füzulidə açıq ərazi yanır, helikopter cəlb olunub/Yenilənib
Cəmiyyət 18:03
Füzulidə açıq ərazi yanır, helikopter cəlb olunub/Yenilənib
Bakıda bu 2 avtobusun hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 17:21
Bakıda bu 2 avtobusun hərəkət sxemi dəyişdirilir
Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verdi
Cəmiyyət 16:14
Azercell gənclər üçün “DataMinds Bootcamp” proqramına start verdi
Magistraturaya elektron sənəd qəbuluna başlanılır
Cəmiyyət 15:39
Magistraturaya elektron sənəd qəbuluna başlanılır
DSX-nin hərbçisi xəstəlikdən vəfat edib
Cəmiyyət 15:07
DSX-nin hərbçisi xəstəlikdən vəfat edib
"KFC" və "McDonald"s-dan sifariş edənlərin diqqətinə - Ehtiyatlı olun
Cəmiyyət 14:52
"KFC" və "McDonald"s-dan sifariş edənlərin diqqətinə - Ehtiyatlı olun
“Defacto” mağazasına qiymət uyğunsuzluğuna görə 4.000 manat cərimə kəsilib
Cəmiyyət 13:59
“Defacto” mağazasına qiymət uyğunsuzluğuna görə 4.000 manat cərimə kəsilib
100 minə yaxın ailə sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı əldə edəcək
Cəmiyyət 13:44
100 minə yaxın ailə sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı əldə edəcək
Prezident yolun təmirinə pul ayırıb - Sərəncam
Cəmiyyət 13:39
Prezident yolun təmirinə pul ayırıb - Sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol