• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

Ermənistanla sülh üçün real imkanlar mövcuddur - Nazir

Ermənistanla sülh üçün real imkanlar mövcuddur - Nazir
22.07.2025 13:48

Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün real imkanlar mövcuddur. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə keçirilən mətbuat brifinqində bildirib. 

Bayramov bildirib ki, Ermənistan-Azərbaycan münasibətləri və postmünaqişə dövründəki proseslərlə bağlı Gürcüstan tərəfi ətraflı məlumatlandırılıb.

“Sülh prosesi üzrə perspektivlər ümidvericidir, lakin konkret addımlar atılmalıdır. Ermənistan hələ də üzərinə düşən öhdəlikləri yerinə yetirməyib,” –  o vurğulayıb.

Azərbaycan XİN rəhbəri Ermənistan konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların çıxarılmasının zəruriliyinə diqqət çəkib.

O, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətinin artıq aktuallığını itirdiyini və tamamilə dayandırılmalı olduğunu qeyd edib.

Nazir sərhədlərin delimitasiyası, işğaldan azad olunmuş ərazilərdə bərpa işləri, köçkünlərin geri qayıdışı və mina təhlükəsi ilə bağlı məsələlərin də görüş zamanı müzakirə olunduğunu bildirib.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol