• $ 1.7
  • € 1.8526
  • ₽ 1.9891
  • ₺ 0.0465
  • £ 2.1968

Şimali Koreya diktatoru dayısını güllələtməsindən danışdı

Şimali Koreya diktatoru dayısını güllələtməsindən danışdı
01.01.2014 17:48

Şimali Koreya diktatoru Kim Çen İn Yeni il münasibətilə xalqa müraciətində ilk dəfə dayısının güllələnməsindən danışıb.

ANN.Az BBC-yə istinadən xəbər verir ki, o, vaxtilə Şimali Koreyanın “boz kardinalı” olan Çan Son Txekin güllələnməsini “partiyanın çirkabdan təmizlənməsi” adlandırıb.

Qeyd edək ki, Çan Son Txek Kim Çen İnin bibisinin əri və Şimali Koreya hakimiyyətində ikinci ən qüdrətli şəxs olub. Beynəlxalq mətbuat onu Kim Çen İnin dayısı kimi təqdim edir.

Şimali Koreya rəhbəri deyib ki, Çan Son Txekin güllələnməsi ölkənin birliyini və hakim Koreya Əmək Partiyasını “yüz dəfə möhkəmləndirib”. Onun bildirdiyinə görə, antipartiya, antiinqilab elementlərinin vaxtında aradan götürülməsi partiya daxilində həmrəyliyi gücləndirib. Xatırladaq ki, Çan Son Txek dekabrın 9-da partiyanın yığıncağında həbs olunub, dekabrın 13-də isə güllələnib. Cənubi Koreya mənbələri həmin gün daha 7 yüksək vəzifəli hərbçi və partiya funksionerinin güllələndiyini xəbər verir.

Yeni il müraciətindən əvvəl Şimali Koreyanın rəsmi teleqraf agentliyi Kim Çen İnin ölkənin paytaxtı Pxenyandan 180 kilometr məsafədə yerləşən Masik dağ-xizək kurortuna baş çəkdiyi və xizək sürdüyü barədə informasiya yayıb. Gözlənilir ki, bu kompleks 2014-cü ildə açılacaq və orada bir gündə 5 minə qədər xizəkçi sürüşə biləcək.

Şimali Koreya rəhbəri əyləncə xarakterli iri obyektlərin tikintisinə investisiya qoyur. Söhbət təkcə kurortların yox, həm də əyləncə parklarının tikintisindən gedir. Pulları isə əsasən Şimali Koreyanın əsas müttəfiqi olan Çin verir. Həmçinin Şimali Koreyada çoxmənzilli binaların tikintisi də genişlənir.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ Ukraynaya dəstək üçün könüllü fond yaradacaq
Dünya 14:38
Aİ Ukraynaya dəstək üçün könüllü fond yaradacaq
Kreml İrana qarşı sanksiyalardan danışıb
Dünya 14:36
Kreml İrana qarşı sanksiyalardan danışıb
Pakistanda partlayışda 3 nəfər yaralanıb
Dünya 14:27
Pakistanda partlayışda 3 nəfər yaralanıb
İspaniya sülh müqaviləsi ilə razılığı dəstəkləyir
Dünya 12:51
İspaniya sülh müqaviləsi ilə razılığı dəstəkləyir
Sabiq prezident həbs olunaraq Haaqaya aparılıb
Dünya 09:36
Sabiq prezident həbs olunaraq Haaqaya aparılıb
Ən çox bəyənilən kontent Ərdoğanla olan fotomdur - Paşinyan
Dünya 23:12
Ən çox bəyənilən kontent Ərdoğanla olan fotomdur - Paşinyan
Putin Trampın xüsusi nümayəndəsi ilə qapalı görüş keçirəcək
Dünya 20:51
Putin Trampın xüsusi nümayəndəsi ilə qapalı görüş keçirəcək
Putin Ukraynada hərbi əməliyyatların dayandırılmasının şərtini açıqlayıb
Dünya 19:44
Putin Ukraynada hərbi əməliyyatların dayandırılmasının şərtini açıqlayıb
ABŞ İranla əlaqəli şirkətlərə və gəmilərə qarşı sanksiyalar tətbiq edib
Dünya 19:10
ABŞ İranla əlaqəli şirkətlərə və gəmilərə qarşı sanksiyalar tətbiq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol