• $
  • £

Yaponiyanın baş naziri istefa verib

Yaponiyanın baş naziri istefa verib
23.07.2025 10:15

Yaponiya Baş naziri Şigeru İşiba parlamentin yuxarı palatasına keçirilən seçkilərdə hakim koalisiyanın məğlubiyyətinə görə iyulun sonunadək istefa verəcəyini açıqlamağı planlaşdırır. Bu barədə “Yomiuri” və digər yerli media orqanları məlumat yayıb.

Mənbələrə görə, İşiba seçki nəticələrinə görə siyasi məsuliyyəti öz üzərinə götürmək niyyətindədir. Seçkilər iyulun 20-də keçirilib və nəticələrə əsasən, hakim Liberal Demokrat Partiyası (LDP) və onun müttəfiqləri parlamentin yuxarı palatasında çoxluğu itirib.

Yomiuri qəzetinin yazdığına görə, İşiba çərşənbə axşamı ABŞ-la ticarət razılaşmasının yekun mərhələsini başa çatdırdıqdan sonra istefa niyyəti barədə yaxın çevrəsinə məlumat verib. Saziş Yapon avtomobilləri və ehtiyat hissələrinə tətbiq olunan idxal tariflərinin azaldılmasını nəzərdə tutur.

Baş nazirin vəzifəyə başlamasından yalnız bir il sonra postunu tərk etməsi LDP daxilində yeni liderin seçilməsini sürətləndirəcək.

İşibanın seçkilərin nəticələrini müzakirə etmək üçün çərşənbə günü partiya rəhbərliyi ilə görüşəcəyi gözlənilir.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Dünya 16:27
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol