• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

“Zəngəzur dəhlizi” Ermənistan və Azərbaycanın suveren məsələsidir – Kreml

“Zəngəzur dəhlizi” Ermənistan və Azərbaycanın suveren məsələsidir – Kreml
24.07.2025 13:09

"Zəngəzur dəhlizi" ilə bağlı məsələ Ermənistan və Azərbaycanın daxili işidir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

“Bu, Ermənistan və Azərbaycanın suveren məsələsidir. Biz Azərbaycan və Ermənistan arasında danışıqları hərtərəfli dəstəkləyirik. İstəyirik ki, həm Bakı, həm də İrəvan sazişi tezliklə imzalasınlar", - o bildirib. 

Moskva rəsmi olaraq tərəflər arasında sülh prosesini dəstəklədiyini dəfələrlə bəyan edib.

İspaniyanın Periodista Digital nəşri öz mənbələrinə istinadən yazır ki, guya Vaşinqton və İrəvan Zəngəzur dəhlizinin yaradılmasına dair anlaşma memorandumu barədə razılığa gəliblər.

Memorandumun mətninə əsasən, İrəvanın Sünik bölgəsi üzərində suverenliyi saxlayacaq, lakin nəqliyyat dəhlizinin özünü Amerikanın özəl şirkəti idarə edəcək.

"Dəhlizdən istifadədən əldə edilən gəlirlərin bölgüsü bu sazişin əsas maraqlarını əks etdirir. Amerikanın idarəedici şirkəti gəlirin 40%-ni, Ermənistan isə cəmi 30%-ni alacaq", - nəşr bildirib.

Memorandumda həmçinin ABŞ-ın əhəmiyyətli kontingentinin Ermənistan ərazisində yerləşdirilməsi nəzərdə tutulur. İspaniya nəşrinin yazdığına görə, söhbət ABŞ-ın nizami qoşunlarından yox, özəl hərbi şirkətdən (PMC) gedir. Belə bir PMC-nin sayı təxminən 1000 döyüşçüyə çatmalıdır, onlar dəhliz boyunca təhlükəsizliyin təmin edilməsinə cavabdeh olacaq və "güc tətbiq etmək" səlahiyyətinə sahib olacaqlar.

Gülnar 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol