• $
  • £

İsrail Fransa prezidentinin Fələstini tanımaq qərarını pisləyib

İsrail Fransa prezidentinin Fələstini tanımaq qərarını pisləyib
25.07.2025 06:52

İsrailin baş naziri Benyamin Netanyahu və hökumət üzvləri Fransa prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanıyacağı barədə bəyanatına sərt reaksiya verib.

“Makronun 7 oktyabr qətliamından sonra Fələstin dövlətini tanımaq qərarı terroru mükafatlandırmaq deməkdir. Bu, Təl-Əvivin yanında ikinci bir İran peykinin yaranmasına gətirib çıxara bilər. Fələstin dövləti sülh vasitəsi deyil, İsrailin məhvinə xidmət edəcək bir platforma ola bilər”, –  Netanyahu X sosial platformasında bildirib.

İsrailin xarici işlər naziri Gideon Saar Makronun addımını “absurd və qeyri-ciddi” adlandıraraq bildirib ki, “bir bəyanatla münaqişəni həll etmək cəhdi qeyri-real və təhlükəlidir”.

Müdafiə naziri İsraël Katz Makronun sözlərini “terrora təşviq” kimi qiymətləndirib, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə istehza ilə “biz də Fransanı Fələstin dövləti kimi tanıyırıq” deyib.

Fransa prezidenti Emmanuel Makron X platformasında bəyan edib ki, Paris sentyabrda BMT Baş Assambleyasında rəsmi şəkildə Fələstin dövlətini tanıyacaq.

“Əsas məqsəd – dərhal atəşkəs, mülki əhaliyə yardım və regionun bərpasıdır”, – Makron qeyd edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Dünya 16:27
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol