• $
  • £

Rusiyanın bir neçə bölgəsində dron təhlükəsi elan edilib

Rusiyanın bir neçə bölgəsində dron təhlükəsi elan edilib
25.07.2025 07:17

Gecə saatlarında Rusiyanın cənubundakı bir neçə bölgədə pilotsuz uçuş aparatlarının (PUA) hücumu ilə bağlı partlayış səsləri eşidilib və hava hücumu təhlükəsi elan olunub. Bunu yerli rəsmilər və media bildirir.

Rusiya Teleqram kanallarına əsasən, Rostov vilayətinin Taganroq və Novoçerkassk şəhərləri ətrafında azı yeddi partlayış qeydə alınıb. Partlayışların hava hücumundan müdafiə sistemləri tərəfindən dronlara qarşı həyata keçirildiyi ehtimal olunur.

Taganroq, Şaxtı və Novoçerkassk sakinləri səma üzərində partlayış işıqları və dronların səsini müşahidə etdiklərini bildiriblər.

Stavropol diyarı, Voronej, Lipetsk və Astraxan vilayətlərində dron hücumu təhlükəsi ilə bağlı xəbərdarlıqlar verilib. Lipetsk vilayətində hava təhlükəsi rejimi tətbiq olunub.

Şimali Osetiyada da dron təhlükəsi elan olunub, region rəhbəri Sergey Menyaylo mobil internetin sürətində yavaşlama ola biləcəyi barədə xəbərdarlıq edib.

Rusiya mediasına görə, bu arada Krım körpüsündə avtomobil nəqliyyatı üçün hərəkət müvəqqəti dayandırılıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Dünya 16:27
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol