• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

Bakıda yəhudilər özlərini Parisdən daha təhlükəsiz hiss edirlər - səfir

Bakıda yəhudilər özlərini Parisdən daha təhlükəsiz hiss edirlər - səfir
25.07.2025 14:13

Azərbaycan yəhudi icması Avropa paytaxtlarındakı həmvətənləri ilə müqayisədə özünü daha təhlükəsiz hiss edir. Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik diplomatik missiyasının başa çatması ərəfəsində keçirdiyi mətbuat konfransında bildirib.

“Bakıda yəhudilərin nə qədər özlərini təhlükəsiz hiss etməsi mənim üçün xoş bir sürpriz oldu. Onlar burada özlərini hətta Beyrut və Paris küçələrindən daha təhlükəsiz hiss edirlər. 2019-cu ildə Prezident İlham Əliyevlə ilk görüşüm zamanı o, yəhudilərin Bakıda Parisdən daha təhlükəsiz şəkildə gəzə bilməsi ilə fəxr etdiyini deyib. O vaxt bu doğru idi, indi isə daha da doğrudur”,—  səfir qeyd edib.

O, həmçinin  oktyabrın 7-də qətliamından sonra azərbaycanlıların israillilərə göstərdiyi dəstəkdən danışıb.

“Bura gələndə demək olar ki, hər görüş 'Bir gün Şuşada görüşərik' ümidi ilə bitirdi. Bu gün, 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın azad olunması sayəsində hər bir azərbaycanlı yenidən Şuşadan Laçına qədər doğma torpaqlarda gəzə bilər”,  - səfir deyib. 

Səfir İsrailin Azərbaycana ərazi bütövlüyü məsələsində ilk dəstək verən ölkələrdən biri olduğunu vurğulayıb.

“Şuşanın gözəlliyini görmək, Füzulidəki dağıntıları, Kəlbəcərdəki İstisu bulaqlarını, Ağdamın bərpasını izləmək, Zəngilandakı Ağıllı kənd Ağalı ilə tanış olmaq və Laçının füsunkar təpələrini seyr etmək mənim üçün böyük şərəf idi”, -  səfir bildirib. 

O, Gəncədə raket zərbələrinə şahid olduğunu və 13 yaşlı Artur Mayakovun yuxuda həlak olmasını xatırladığını bildirib.

“Sentyabrın 7-də göstərilən həmrəylik yaddan çıxmaz. Azərbaycanlılar çiçəklər və şamlar gətirirdi”, -  o deyib.

Sonda səfir Azərbaycanla İsrail arasındakı dostluğun əsrlər boyu davam etdiyini vurğulayıb.

 “Bu, Lev Landau, Milli Qəhrəman Albert Aqarunov, Birinci Qarabağ müharibəsində həlak olmuş Vahid Əzizov və 7 oktyabrda İsrail kəndlərini müdafiə edərkən həyatını itirən nəvəsi Lior Əzizovun irsidir”, -  səfir yekunlaşdırıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol