• $
  • £

ABŞ-ın yardım paketindən sonra ilk Patriot sistemi Ukraynaya çatdırılıb — The Telegraph

ABŞ-ın yardım paketindən sonra ilk Patriot sistemi Ukraynaya çatdırılıb — The Telegraph
25.07.2025 14:40

ABŞ-ın yeni hərbi yardım paketi çərçivəsində vəd etdiyi ilk Patriot zenit-raket kompleksi raketlərlə birlikdə artıq Ukraynaya çatdırılıb. Bu barədə The Telegraph məlumat verib.

İyulun 13-də ABŞ-ın sabiq prezidenti Donald Tramp Ukraynaya 10 milyard dollar dəyərində yeni yardım paketi ayıracağını bəyan edib.

Nəşrin məlumatına görə, bir neçə gün ərzində Patriot sistemi və raketlər Almaniya ilə razılaşma çərçivəsində Ukraynaya göndərilib.

The Telegraph yazır ki, Vaşinqton bu addımı Avropa müttəfiqlərinə siqnal olaraq istifadə edir — ABŞ öz ehtiyatlarını bərpa etməyə hazırdır və Avropadan da eyni addımları gözləyir.

Lakin bəzi ölkələr Patriot raketlərinin əvəzlənməsini yalnız gələn ilin əvvəlində ala biləcəklər.

Bundan əvvəl Almaniya və ABŞ Ukraynaya daha beş Patriot batareyasının verilməsi barədə razılıq əldə edib. Onlardan ikisini Berlin, birini isə Norveç maliyyələşdirəcək.

Prezident Volodimir Zelenski Ukraynanın on Patriot sistemindən yalnız üçü ilə bağlı razılıq əldə etdiyini bildirib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Dünya 16:27
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol