• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

İsrail Azərbaycana su, dərman və peyk texnologiyası ilə dəstəyini artıracaq

İsrail Azərbaycana su, dərman və peyk texnologiyası ilə dəstəyini artıracaq
25.07.2025 14:50

İsrail Azərbaycana humanitar və iqtisadi dəstəyini artırır — bu, su təchizatı, səhiyyə və peyk texnologiyalarını da əhatə edir. Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik diplomatik missiyasını başa vurmazdan əvvəl keçirdiyi mətbuat konfransında bildirib.

“2025-ci ildə Azərbaycana 50 min israilli turistin gələcəyini gözləyirik və bu rəqəm iki dəfə arta bilər,” —  o bildirib.

Hazırda AZAL gündə iki, həftədə 14 birbaşa reys yerinə yetirir.

SOCAR İsrailin ən iri qaz yataqlarından birində 10% pay alıb və ölkənin sahil sularındakı I Zonada kəşfiyyat hüququ qazanıb.

Digər layihələrə su sahəsində əməkdaşlıq, Bakıda Teksnion tərəfindən kibertəhlükəsizlik mərkəzinin açılması, İsrailin Azərbaycan üçün peyklər qurması, Şamaxı yaxınlığında Cənubi Qafqazın ən böyük süd fermasının yaradılması və Yevlaxda quşçuluq fabriki daxildir.

Alyat Azad İqtisadi Zonasında İsrailin farmasevtik şirkəti müasir zavod istifadəyə verib.

Səfir bildirib ki, əməkdaşlıq yalnız iqtisadi sahə ilə məhdudlaşmır. İsrailli oftalmoloqlar müharibədə yaralanmış azərbaycanlı əsgərləri müalicə edib, Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində pediatr briqadaları onlarca uşağa yardım göstərib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol