• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

MN: Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür

MN: Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür
25.07.2025 17:49

Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədilə birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində bir sıra tədbirlər həyata keçirilib. Bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib.

Hərbi qulluqçuların istivurma və günvurmadan qorunması, profilaktıkası, tibbi yardımın göstərilməsi, sanitariya maarifi işlərinin aparılması sistematik təşkil olunub və nəzarət gücləndirilib.

"Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə keçirilir, hərbi qulluqçular kazarma şəraitində yerləşdirilir və açıq səma altında görülən xidməti işlərə cəlb olunmur. Əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlarda kondisionerlər quraşdırılıb. Bütün otaqlarda ikitərəfli hava axınının olması nəzarət altında saxlanılır. Bununla yanaşı, hərbi hissələrdə sərin su duşları, əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib", - məlumatda vurğulanıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol