“Naftogaz” şirkəti SOCAR-la Azərbaycan qazının alqı-satqısına dair müqaviləni imzalayıb

Ukraynanın dövlətə məxsus "Naftogaz" şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) tərkibinə daxil olan “SOCAR Energy Ukraine” ilə Azərbaycan təbii qazının tədarükünə dair ilk müqaviləni imzalayıb. Bu barədə şirkət məlumat yayıb.
"Naftogaz"dan bildirilib ki, Transbalkan marşrutu üzrə Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən ilk dəfə olaraq Azərbaycan qazının sınaq tədarükü həyata keçirilir.
“Həcm baxımından bu, kiçik olsa da, strateji əhəmiyyət daşıyan addımdır və uzunmüddətli əməkdaşlıq üçün əsas yaradır. Eyni zamanda, bu saziş Ukraynanın enerji təhlükəsizliyini möhkəmləndirmək və tədarük mənbələrini şaxələndirmək istiqamətində atılan addımlardan biridir,” – "Naftogaz"ın baş direktoru Sergey Koretski bildirib.
O, tərəfdaşlığa görə Azərbaycan tərəfinə təşəkkürünü də ifadə edib.
Aytac