• $
  • £

Silent Crow haker qrupu Aeroflotun İT infrastrukturuna genişmiqyaslı hücum etdiyini iddia edir

Silent Crow haker qrupu Aeroflotun İT infrastrukturuna genişmiqyaslı hücum etdiyini iddia edir
28.07.2025 14:45

 Silent Crow adlı haker qrupu Rusiya dövlət aviaşirkəti Aeroflotun daxili informasiya texnologiyaları (İT) infrastrukturunu genişmiqyaslı kiberhücumla tamamilə məhv etdiyini açıqlayıb. Bu barədə məlumat qrupun Telegram kanalında yerləşdirilib.

Hakerlərin iddiasına görə, "Kiber Partizanlar" adlı başqa bir qrupla əməkdaşlıq çərçivəsində bir il ərzində Aeroflotun korporativ şəbəkəsinə daxil olublar və təxminən 7000 fiziki və virtual serveri sıradan çıxarıblar.

Silent Crow həmçinin bildirib ki, onlar uçuş tarixçəsi məlumat bazalarını əldə edib, kritik korporativ sistemləri iflic vəziyyətə salıb, işçilərin şəxsi kompüterlərinə və idarəetmə sistemlərinə giriş əldə ediblər. Qrup eyni zamanda ekipaj nəzarəti və monitorinq sistemlərindən də məlumatlar kopyaladığını iddia edir.

Hakerlər bu əməliyyatı Rusiyanın hüquq-mühafizə orqanlarına və əsas infrastrukturun müdafiəsinə məsul qurumlara bir mesaj olaraq qiymətləndirib. Daha əvvəl Silent Crow Rostelecom və Rosreestr kimi dövlət qurumlarına qarşı da oxşar hücumlar həyata keçirdiyini bildirmişdi.

Hazırda Aeroflot və Rusiya rəsmiləri bu iddialarla bağlı ictimai şərh verməyiblər.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Dünya 16:27
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol