• $
  • £

Kamçatkada yarım saat ərzində ardıcıl dörd zəlzələ olub

Kamçatkada yarım saat ərzində ardıcıl dörd zəlzələ olub
30.07.2025 22:16

Kamçatkada yarım saat ərzində 5,2, 5,0, 5,4 və 6,0 maqnitudalı dörd zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialından bildirilib.

Seysmoloji məlumatlara görə, 5,2 maqnitudalı zəlzələ Petropavlovsk-Kamçatskidən 248 km məsafədə, 5,0 maqnitudalı zəlzələ 204 km məsafədə, 5,4 maqnitudalı zəlzələ 297 km məsafədə, 6,0 maqnitudalı zəlzələ isə 402 km məsafədə baş verib.

Birinci seysmik hadisənin episentri 38,7 km dərinlikdə, ikincisi 13,7 km dərinlikdə, üçüncüsü 88 km dərinlikdə, dördüncüsü isə 77,1 km dərinlikdə yerləşib.

Bütün hallarda hiss edilmə barədə məlumat hələ daxil olmayıb.

İyulun 30-da səhər Kamçatka sahillərində güclü zəlzələ baş verib. Bu, 1952-ci ildən bəri ən güclü zəlzələ olub. Onun maqnitudası 8,8-ə çatıb. Zəlzələ Sakit okeanda sunamiyə səbəb olub, bunun təhlükəsi barədə Yaponiya, ABŞ və Filippin hakimiyyəti xəbərdarlıq edib

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
Dünya 23:45
Fransa BMT TŞ-nin təcili iclasını çağırıb
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
Dünya 22:52
İran Hörmüz boğazından keçid üçün rüsumlar tətbiq etməyi planlaşdırır
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Dünya 22:15
ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini bərpa edir
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:10
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
Dünya 20:04
İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub
İran ordusu Türkiyəyə raket hücumu edib
Dünya 18:31
İran ordusu Türkiyəyə raket hücumu edib
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Dünya 16:27
BMT-nin Livandakı patrul dəstəsi hücuma məruz qalıb, yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol