• $ 1.7
  • € 1.9636
  • ₽ 0.020923
  • ₺ 0.0419
  • £ 2.2694

DƏMX isti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib

DƏMX isti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib
31.07.2025 11:16

Havanın temperaturu 41 dərəcə selsidən çox olduqda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənlərin əsas vəzifələrindən biridir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti xəbərdarlıq yayıb.

 Əmək Məcəlləsinə əsasən, qeyd edilən hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

İşçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli, fasilələrin sayı, müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Bu fasilələr iş vaxtına daxil edilməli və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlldir.

İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

Əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq (uzun fasilə verilərək) iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda karaoke klubunun fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb
Cəmiyyət 11:11
Bakıda karaoke klubunun fəaliyyəti yanğın təhlükəsinə görə dayandırılıb
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində maliyyə pozuntuları aşkarlayıb
Cəmiyyət 11:03
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində maliyyə pozuntuları aşkarlayıb
Son sutkada cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Cəmiyyət 10:50
Son sutkada cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb
Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadılıb
Cəmiyyət 10:13
Magistraturaya elektron sənəd qəbulunun vaxtı uzadılıb
1071 abituriyent jurnalist olmaq üçün qabiliyyət imtahanı verəcək
Cəmiyyət 09:38
1071 abituriyent jurnalist olmaq üçün qabiliyyət imtahanı verəcək
Xalq artisti Arif Babayev 87 yaşında vəfat edib
Cəmiyyət 08:43
Xalq artisti Arif Babayev 87 yaşında vəfat edib
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Cəmiyyət 23:03
Yevlaxda evdə 2 meyit aşkarlanıb
Sumqayıtda yanğın başlayıb
Cəmiyyət 21:47
Sumqayıtda yanğın başlayıb
Çayda uşaq batıb
Cəmiyyət 21:12
Çayda uşaq batıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol