• $
  • £

Türkmənistanda beynəlxalq konfransda “Azərbaycan Milli Günü” keçiriləcək

Türkmənistanda beynəlxalq konfransda “Azərbaycan Milli Günü” keçiriləcək
03.08.2025 16:37

4–8 avqust 2025-ci il tarixlərində Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində “Azərbaycan Milli Günü” keçiriləcək.

Mədəniyyət Nazirliyindən bildirilib ki, tədbirin məqsədi Azərbaycan Respublikasının zəngin mədəni irsini, incəsənət ənənələrini və müasir yaradıcılıq potensialını təqdim etməkdir.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən ölkəmizin tanınmış sənət xadimləri artıq Türkmənistanın Avaza bölgəsindədirlər və tədbirin yüksək səviyyədə təşkili üçün hazırlıq işlərini davam etdirir.

Proqram çərçivəsində:

Azərbaycan pavilyonunda milli sənətkarlıq nümunələri, nəşrlər, suvenirlər və tətbiqi sənət əsərləri təqdim olunacaq;

Açıq hava sərgi zonasında xalçaçılıq, milli geyimlər, kəlağayı, şəbəkə və tikmə sənəti nümayiş etdiriləcək, həmçinin ustad dərsləri keçiriləcək;

Kulinariya guşəsində milli mətbəximizin ənənəvi ləzzətləri təqdim ediləcək;

Konsert proqramlarında milli musiqi, rəqslər və müasir səhnə performansları nümayiş olunacaq.

5 avqust tarixində konfransın rəsmi açılışı çərçivəsində beynəlxalq Qala konserti təşkil olunacaq.

6 avqustda isə “Azərbaycan Milli Günü” möhtəşəm musiqi və rəqs proqramı ilə qeyd olunacaq.

8 avqustda səhnəmizin tanınmış sənətkarları, ifaçılarının içtirakı ilə töşkil olunacaq “Azərbaycan Milli Günü” bağlanış Qala konserti ilə yekunlaşacaq.

Azərbaycanın bu tədbirdə iştirakı yalnız mədəniyyət nümayişi deyil, həm də sülh, əməkdaşlıq və mədəni diplomatiyanın inkişafına mühüm töhfə olacaq

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Ekspertlər Şurası tezliklə Ali Lideri seçəcək
Dünya 21:48
İran Ekspertlər Şurası tezliklə Ali Lideri seçəcək
Ərdoğan TDT-yə üzv dövlətlərin xarici işlər nazirlərini qəbul edib
Dünya 19:46
Ərdoğan TDT-yə üzv dövlətlərin xarici işlər nazirlərini qəbul edib
Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın baş verib
Dünya 18:14
Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın baş verib
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq
Dünya 16:21
İranda ali təhsil müəssisələrində dərslər ilin sonuna qədər onlayn olacaq
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib
Dünya 15:21
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib
Livanda BMT sülhməramlıları vuruldu
Dünya 13:30
Livanda BMT sülhməramlıları vuruldu
Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb
Dünya 12:18
Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb
Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Dünya 11:30
Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Putinlə Pezeşkian telefonla danışdı
Dünya 10:28
Putinlə Pezeşkian telefonla danışdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol