• $
  • £

Təhsil Nazirliyi verilən “fondpulu”nun məbləğini açıqladı

Təhsil Nazirliyi verilən “fondpulu”nun məbləğini açıqladı
30.12.2013 17:15

Təhsil Nazirliyi Bakıdakı məktəb direktorlarına təsərrüfat məqsəd ilə bu aydan verməyə başladığı avanların məbləğini açıqlayıb.

Modern.az xəbər verir ki, nazirliyin məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin direktorlarına təsərrüfat məqsədləri üçün 2013–cü ilin dekabr ayından etibarən avans şəklində müvafiq aylıq vəsaitlərin ödənilməsinə başlanılıb.Aylıq avans məbləğlərinin həcmi şagirdlərinin sayı 1000 nəfərədək olan məktəblərdə 400, şagirdlərinin sayı 1000–1300 nəfər olan məktəblərdə 500, şagirdlərinin sayı 1300 nəfərdən çox olan məktəblərdə 600 manat müəyyən edilib. Aylıq vəsaitlər direktorlar tərəfindən məktəblərin təcili həlli tələb olunan cari məsələlərinin həllinə sərf ediləcək.Nazirlik məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün təlimlərin təşkili barədəd də məlumat verib.“İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edir. 547 nəfər pedaqoji kadr qeydiyyatdan keçib. Təlimlərdə iştirak etmək üçün namizədliyini irəli sürmüş 547 nəfər 3 mərhələli müsabiqədən keçməlidir. Müsabiqənin birinci mərhələsi artıq başa çatıb. Növbəti mərhələyə 152 nəfər pedaqoji kadr keçə bilib. Müsabiqənin növbəti mərhələsi yanvar ayının sonunda yekunlaşacaq”.ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gün peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək
Cəmiyyət 10:00
Bu gün peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək
Füzulidə avtomobil qəzası olub, iki nəfər ölüb
Cəmiyyət 09:48
Füzulidə avtomobil qəzası olub, iki nəfər ölüb
Bu gün 37 mindən çox şəxs imtahan verəcək
Cəmiyyət 09:00
Bu gün 37 mindən çox şəxs imtahan verəcək
Bakıda 100 minə yaxın bina söküləcək
Cəmiyyət 22:30
Bakıda 100 minə yaxın bina söküləcək
Görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 19:58
Görünüş məsafəsi məhdudlaşacaq
Nəsimi rayonunda moped oğurlayan şəxslər saxlanılıb
Cəmiyyət 18:48
Nəsimi rayonunda moped oğurlayan şəxslər saxlanılıb
Avtomobildən oğurluq etdi -Saxlanıldı
Cəmiyyət 18:27
Avtomobildən oğurluq etdi -Saxlanıldı
Kürdə suyun səviyyəsi artıb
Cəmiyyət 15:16
Kürdə suyun səviyyəsi artıb
Bu il bazarlarda alça “qıtlığı” gözlənilir
Cəmiyyət 15:06
Bu il bazarlarda alça “qıtlığı” gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol