• $
  • £

Sosial şəbəkədə vətəndaşları aldadan qadın saxlanılıb

Sosial şəbəkədə vətəndaşları aldadan qadın saxlanılıb
23.08.2025 09:25

Vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən, əvvəllər də analoji əmələ görə dəfələrlə məhkum edilmiş Nəzakət Məhərrəmova saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, o, “TikTok”dakı “qemgin_20” adlı saxta hesabında canlı yayım açaraq şəhid ailələrinə, qazilərə, eləcə də aztəminatlı şəxslərə özünü humanitar yardım təşkilatlarından birinin nümayəndəsi kimi təqdim edib.

Saxlanılan şəxs əvvəlcədən 1000-2000 manat ödəniş etmələri müqabilində zərərçəkmişlərə il ərzində maddi yardım göstərilməsinə dair yalan vədlər verib. Bu üsullarla N.Məhərrəmova bir neçə vətəndaşın pulunu dələduzluqla ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

N.Məhərrəmovanın analoji əməllərindən zərər görən şəxslər polis orqanlarına məlumat verə bilərlər.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tovuza dolu düşüb
Cəmiyyət 23:11
Tovuza dolu düşüb
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın olub,44 xəstə təxliyə edilib
Cəmiyyət 21:25
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın olub,44 xəstə təxliyə edilib
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
Cəmiyyət 19:43
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
Cəmiyyət 19:00
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Cəmiyyət 18:21
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır
Cəmiyyət 18:06
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır

Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb
Cəmiyyət 17:14
Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb


Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib
Cəmiyyət 16:39
Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib
Həbsxanalarda evlənənlərin sayı bir ildə 47% azalıb
Cəmiyyət 16:29
Həbsxanalarda evlənənlərin sayı bir ildə 47% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol