• $
  • £

Xaricdə onlayn təhsillə bağlı XƏBƏRDARLIQ

Xaricdə onlayn təhsillə bağlı XƏBƏRDARLIQ
27.08.2025 18:01

Bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında və özünü təhsil "ekspertləri" kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlarımız, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” qaydada təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir.Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xaricdə təhsil sahəsində, o cümlədən, tanınma prosedurları ilə bağlı heç bir şirkətlə və şəxslərlə əməkdaşlıq etmir və bunların fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

"Bildiririk ki, hazırda tanınma (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi) Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında, yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir.

Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.

Belə ki, həm 4.1.4-cü, həm də 4.1.5-ci yarımbəndlərinin tələblərinin ödənilməsi üçün şəxsin əyani təhsilama forması üzrə hər tədris ilinə münasibətdə ən az 4 ay və ümumi tədris müddətində illərin cəmi üzrə ən az 21 ay təhsil aldığı ölkədə fiziki olaraq olması şərtdir (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətinin bütün dövrü ərzində təhsil aldığı ölkənin ərazisində olması). Bu halda hər iki bənd üzrə tələblər təmin olunmuş olur. Qiyabi təhsilə gəldikdə isə Qaydaların 4.1.4-cü və 4.1.5-ci yarımbənlərinin tələblərinin ödənilməsi üçün hər tədris ilinə münasibətdə ərizəçinin 25 gün təhsil alacağı ölkədə olması şərtdir. Qeyd olunan müddətin tədris dövrünü əhatə etməsi zəruridir.

Əlavə olaraq vətəndaşlarımıza sözügedən Qaydalarla (//e-qanun.az/framework/54957), həmçinin //www.tkta.edu.az/ FAQ bölməsində yer alan suallarla tanış olmağı tövsiyə edirik.

Yekun olaraq, xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırırıq", - qurumdan bildirilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaxda 13,5 min tondan çox taxıl istehsal olunub
Cəmiyyət 23:30
Qaxda 13,5 min tondan çox taxıl istehsal olunub
Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub
Cəmiyyət 23:00
Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub
Kürdəmirdə zəncirvari yol qəzası - Xəsarət alanlar var
Cəmiyyət 22:30
Kürdəmirdə zəncirvari yol qəzası - Xəsarət alanlar var
Biləcəridə yol yenidən çöküb, yeni kollektorun tikintisi planlaşdırılır
Cəmiyyət 21:00
Biləcəridə yol yenidən çöküb, yeni kollektorun tikintisi planlaşdırılır
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
Cəmiyyət 20:30
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
Konqoda Ebola virusuna yoluxma sayı 3 mini keçib, tibb işçiləri tətilə başlayıb
Cəmiyyət 19:30
Konqoda Ebola virusuna yoluxma sayı 3 mini keçib, tibb işçiləri tətilə başlayıb
İran Fars körfəzi ölkələrinə hücumları dayandırdı
Cəmiyyət 19:00
İran Fars körfəzi ölkələrinə hücumları dayandırdı
Hörmüzdə tanker minaya düşdü
Cəmiyyət 17:23
Hörmüzdə tanker minaya düşdü
Çində daşqın 10 nəfərin ölümünə səbəb olub
Cəmiyyət 16:48
Çində daşqın 10 nəfərin ölümünə səbəb olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol