• $
  • £

O dünyada da narahat olmasın Bankdan qazinin anasına təklif

O dünyada da narahat olmasın – Bankdan qazinin anasına təklif
29.08.2025 12:17

“Bank of Baku” iki il əvvəl dəm qazından boğularaq dünyasını dəyişən Vətən müharibəsi iştirakçısı Səbuhi Məmmədovun kredit borcuna görə məhkəməyə müraciət edib. Bu barədə məlumatı mərhumun qohumları açıqlayıb.

Qohumlarının bildirdiyinə görə, Məmmədovun vəfatından sonra ailəsi onun bankdan kredit götürdüyünü və təxminən 1,000–1,200 manat borcu qaldığını öyrənib. İddia olunur ki, bank əməkdaşları mərhumun anasına borcu ödəməyi təkidlə tövsiyə edib və məsələ hazırda məhkəmə müstəvisinə keçib.

“Üstündən 2 ilə yaxın vaxt keçib, Səbuhinin anasını banka çağırıblar və deyiblər ki, oğlunun krediti var idi, onu ödəməlisən. Hətta bank əməkdaşı bir qədər də genələrək tövsiyə edib ki, “oğlunuzun borcunu ödəyin ki, o dünyada da onu inkir-minkir narahat eləməsin”. Bir sözlə, indi iş məhkəmədədir”, - qazinin anası bildirib. 

İşə 1 sentyabr 2025-ci il tarixində Şirvan Şəhər Məhkəməsində, hakim Əli İmanovun sədrliyi ilə baxılacaq.

Səbuhi Məmmədov 44 günlük Vətən müharibəsində iştirak edib və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunub. O, həmçinin bir neçə dövlət qurumundan mükafatlar alıb və vəfat edənədək “Report” İnformasiya Agentliyində montajçı kimi çalışıb.

Məsələ ilə bağlı Bank of Bakuya sorğu göndərilib. 

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Lənkəranda iki maşın toqquşub, yaralılar var
Cəmiyyət 09:05
Lənkəranda iki maşın toqquşub, yaralılar var
Xəzər dənizində zəlzələ baş verib
Cəmiyyət 08:55
Xəzər dənizində zəlzələ baş verib
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Cəmiyyət 21:30
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Cəmiyyət 20:03
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Cəmiyyət 19:27
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Cəmiyyət 19:06
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol