• $
  • £

Ağcabədidə fərdi təsərrüfatda yanğın olub, xəsarət alan var

Ağcabədidə fərdi təsərrüfatda yanğın olub, xəsarət alan var
30.08.2025 20:30

Ağcabədidə fərdi təsərrüfatda tələfatla nəticələnən yanğın baş verib. 

"Report"un məlumatına görə, hadisə rayonun Təzəkənd kənd sakini Həziyev Müzəffər Ənvər oğluna məxsus təsərrüfatda qeydə alınıb. 

Yanğını söndürməyə çalışan 1958-ci il təvəllüdlü Məmmədova Kifayət Əlif qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Hadisə nəticəsində doqquz tona yaxın ot kipindən səkkizi yanıb. Həmçinin yanğın zamanı tövlədə olan 8 baş iribuynuzlu heyvan yanaraq tələf olub. 

Hadisə yerinə cəlb edilən FHN-nin Ağcabədi rayon yanğınsöndürmə bölməsinin əməkdaşları yanğını söndürərək tövlədə olan digər heyvanların tələf olmasının və alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 20:29
Sabah bu ərazilərdə qaz olmayacaq
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
Cəmiyyət 19:30
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib
"TikTok"da ödəniş sistemlərini təqlid edən saytlar aşkarlanıb
Cəmiyyət 19:05
"TikTok"da ödəniş sistemlərini təqlid edən saytlar aşkarlanıb
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
Cəmiyyət 18:55
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
Cəmiyyət 18:49
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir
Cəmiyyət 18:11
Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olunub
Cəmiyyət 18:08
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olunub

Azərbaycanla Türkiyə arasında media sahəsində əməkdaşlıq müzakirə edilib
Cəmiyyət 17:38
Azərbaycanla Türkiyə arasında media sahəsində əməkdaşlıq müzakirə edilib


AYNA: Sabahdan Bakıda avtobusların sayı rekord həddə çatdırılır
Cəmiyyət 17:22
AYNA: Sabahdan Bakıda avtobusların sayı rekord həddə çatdırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol