• $
  • £

İmtahanda kəsilən müəllimlər nazirliyə qarşı iddia qaldırıb

İmtahanda kəsilən müəllimlər nazirliyə qarşı iddia qaldırıb
03.09.2025 12:13

Bu ilin iyun ayında keçirilən təkrar sertifikasiya imtahanında uğursuz olan və işdən azad edilən bir qrup müəllim Bakı İnzibati Məhkəməsinə müraciət edib. Bu barədə məlumatı Modern.az yayıb.

Məlumata görə, ölkənin müxtəlif regionlarından olan və sayı 10-a yaxın olan müəllim Elm və Təhsil Nazirliyindən və regional təhsil idarələrindən işə bərpa olunmalarını tələb ediblər.

Bakı İnzibati Məhkəməsi iddiaları icraata qəbul etsə də, onları baxılması üçün aidiyyəti üzrə rayon və şəhər məhkəmələrinə göndərib.

Beləliklə, imtahandan kəsilən müəllimlərin şikayətlərinə region məhkəmələrində baxılacaq.

Bundan əvvəl elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, indiyə kimi 7318 müəllim sertifikasiya imtahanından kəsilib. 

Nazir bildirib ki ümumilikdə 17,4 min müəllim yüksək nəticə göstərib. 

Azərbaycan bütün müəllimlərin 2026-ci ilin sonuna kimi sertifikasiya imtahanına cəlb edilməsi nəzərdə tutulub. 

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Cəmiyyət 21:30
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Cəmiyyət 20:03
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Cəmiyyət 19:27
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Cəmiyyət 19:06
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol