• $
  • £

“Biletim.az” portalı üzərindən onlayn bilet satışları iki dəfə artıb

“Biletim.az” portalı üzərindən onlayn bilet satışları iki dəfə artıb
03.09.2025 13:54

Bu ilin səkkiz  ayında “biletim.az” platforması vasitəsilə 513 min 95 bilet onlayn qaydada əldə olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artım deməkdir. Məlumatı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)  açıqlayıb.

Agentliyin bildirdiyinə görə, qabaqcadan satışın xüsusi çəkisi ötən ilin eyni dövründə 18,6% təşkil edirdisə, bu il bu rəqəm 33,2%-ə yüksəlib. Artım sərnişinlərin onlayn bilet alışına üstünlük verdiyini və bu sahəyə olan inamın artdığını göstərir.

Hazırda “biletim.az” portalı vasitəsilə 53 şəhər və rayona, 84 istiqamət üzrə bilet almaq mümkündür. Sistemdə 336 reys üzrə 382 nəqliyyat vasitəsi inteqrasiya olunub. Onlayn satış sisteminin mərhələli şəkildə ölkədə fəaliyyət göstərən bütün daşıyıcıları və avtovağzalları əhatə etməsi planlaşdırılır.

AYNA vətəndaşlara səfərləri üçün onlayn bilet sistemindən istifadə etməyi və “biletim.az” platforması üzərindən təhlükəsiz və rahat səyahəti tövsiyə edib.

İşğaldan azad olunmuş ərazilərə səfər zamanı Azərbaycan vətəndaşlarına portaldan bilet alarkən buraxılış icazəsi avtomatik şəkildə təqdim olunur.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Cəmiyyət 21:30
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Cəmiyyət 20:03
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Cəmiyyət 19:27
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Cəmiyyət 19:06
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol