• $
  • £

Xocavənd rayonunda fərdi yaşayış evlərinin təmiri üzrə tenderlər yekunlaşıb

Xocavənd rayonunda fərdi yaşayış evlərinin təmiri üzrə tenderlər yekunlaşıb
04.09.2025 12:26

Ağdam, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən Bərpa, Tikinti və İdarəetmə Xidməti Xocavənd rayonunun iki kəndində həyata keçiriləcək fərdi yaşayış evlərinin təmiri ilə bağlı tenderləri yekunlaşdırıb.

Xanoba kəndində 2-ci mərhələ üzrə ümumi sahəsi 4 375,8 kv.m olan 26 fərdi yaşayış evinin təmiri “Capitel Group” MMC-yə (VÖEN: 2005752931) həvalə olunub. Müqavilənin dəyəri 1 526 925,44 manat təşkil edir.

Eyni mərhələ çərçivəsində Tağaverd kəndində ümumi sahəsi 5 049 kv.m olan 30 fərdi yaşayış evinin təmiri isə “Frekans Construction and Energy Company” MMC və “Uğur Tikinti” MMC-dən ibarət konsorsium tərəfindən həyata keçiriləcək. Bu layihənin müqavilə məbləği 1 921 600,87 manat olub.

Hər iki layihə üzrə satınalmalar bir mənbədən satınalma metodu ilə həyata keçirilib.

Bir neçə gün öncə anews.az-a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Sentyabrda Xocavəndin bərpa olunan müvafiq kəndlərinə əhalinin köçürülməsi planlaşdırılır.

Xocavənd rayonunda isə evlərin təmiri başa çatdıqdan sonra əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur. 

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:52
Sabah bu ərazilərdə işıq olmayacaq
Şəkidə istirahət mərkəzində kanat qırılıb, 2 nəfər ölüb - Yenilənib
Cəmiyyət 21:36
Şəkidə istirahət mərkəzində kanat qırılıb, 2 nəfər ölüb - Yenilənib
Balaxanı qəsəbəsində obyektdə yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 20:55
Balaxanı qəsəbəsində obyektdə yanğın söndürülüb - Yenilənib
Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Cəmiyyət 19:01
Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar
Cəmiyyət 18:19
Minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək
Cəmiyyət 18:04
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək
İşğaldan Azad edilmiş ərazilərlə bağlı -yeni qərar
Cəmiyyət 17:47
İşğaldan Azad edilmiş ərazilərlə bağlı -yeni qərar
Azərbaycan polisi Amerika polisi ilə əməkdaşlıq edəcək
Cəmiyyət 17:27
Azərbaycan polisi Amerika polisi ilə əməkdaşlıq edəcək
Bakıda “CyberHackCon 2026” beynəlxalq etik haker konfransı keçiriləcək
Cəmiyyət 16:38
Bakıda “CyberHackCon 2026” beynəlxalq etik haker konfransı keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol