• $
  • £

Tullantı sularını düzgün idarə etməyənlərə 12 500 manatadək cərimə tətbiq ediləcək

Tullantı sularını düzgün idarə etməyənlərə 12 500 manatadək cərimə tətbiq ediləcək
05.09.2025 16:19

Tullantı sularının qanunvericiliyə uyğun şəkildə idarə edilməməsinə görə müəssisə və təşkilatlar 12 500 manatadək cərimələnə bilər. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.

Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli qərarına əsasən, mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında çirkab suları sukeçirməz qurğular vasitəsilə toplanmalı və texniki normativlərə uyğun idarə olunmalıdır.

Xidmətin məlumatına görə, xüsusilə sənaye müəssisələri tərəfindən tullantı sularının tərkibindəki zərərli maddələr səbəbindən bu tələblərə riayət olunması ətraf mühitin mühafizəsi baxımından böyük əhəmiyyət daşıyır.

Qanunvericiliyə əsasən:

Vəzifəli şəxslər 4 000 manatadək,

Hüquqi şəxslər isə 12 500 manatadək cərimə edilə bilər.

Bundan əlavə, tullantı suları nəticəsində su mənbələrinin əhəmiyyətli dərəcədə çirkləndirilməsi cinayət məsuliyyəti yarada bilər.

Agentlik su ehtiyatlarının qorunmasının yalnız hüquqi deyil, həm də mənəvi öhdəlik olduğunu vurğulayır və iqlim dəyişikliyi fonunda su qıtlığının artdığı bir dövrdə bütün qurumları mövcud tələblərə ciddi əməl etməyə çağırır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Cəmiyyət 21:30
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Cəmiyyət 20:03
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Cəmiyyət 19:27
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Cəmiyyət 19:06
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol