• $
  • £

Soçi olimpiadasında Azərbaycanı kimlər təmsil edəcək?

Soçi olimpiadasında Azərbaycanı kimlər təmsil edəcək?
28.05.2020 22:21
2014-cü il fevralın 7-də Rusiyanın Soçi şəhərində start götürəcək XXII Qış Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, yarışda 5 idmançımız mübarizə aparacaq. Bunlar fiqurlu konkisürmə növündə Aleksey Sitnikov - Yuliya Zlobina dueti, eləcə də xizəkçilər Patrik Braxner, Sedrik Notz və Qaya Bassani Antivaridir. Nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva rəhbərlik edəcək. Olimpiadaya yola düşəcək dövlət nümayəndələri arasında gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Qış İdman Növləri Federasiyasının prezidenti İskəndər Xəlilov və idman sahəsində tanınmış digər şəxslər də var. Qeyd edək ki, idmançılarımız arasında daha çox Aleksey Sitnikov - Yuliya Zlobina duetinə ümid bəslənilir. Bu cütlük il ərzində “Volvo” Açıq Kuboku (Riqa, Latviya), “Golden Snip” (Zaqreb, Xorvatiya) və Ukrayna Açıq Turnirındə (Kiyev, Ukrayna) 1-ci, Qış Universiadasında (Trentino, İtaliya) isə ikinci yeri tutub. Soçi Qış Olimpiya Oyunları fevralın 23-dək davam edəcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol