• $
  • £

JOY TOUR-un təsisçisi dələduzluq işi üzrə həbs olunub

JOY TOUR-un təsisçisi dələduzluq işi üzrə həbs olunub
08.09.2025 14:18

 Bakı məhkəməsi turizm şirkətləri JOY TOUR və JOY TRAVEL-in təsisçisi Rəşad İlyasovu dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edərək həbs edib. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Xətai rayon prokurorluğunun məlumatına görə, İlyasov vəzifə səlahiyyətlərindən istifadə edərək 20-dən çox müştərini aldadıb, onların turpaket və avia biletlərə ödədiyi pulları mənimsəyərək şəxsi ehtiyaclarına xərcləyib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.4 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb.

JOY TOUR və JOY TRAVEL-in maliyyə-təsərrüfat fəaliyyətinə vurulan ziyanın həcminin müəyyən edilməsi və digər məsul şəxslərin aşkarlanması üçün Auditorlar Palatası tərəfindən yoxlama aparılacaq.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tovuza dolu düşüb
Cəmiyyət 23:11
Tovuza dolu düşüb
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın olub,44 xəstə təxliyə edilib
Cəmiyyət 21:25
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın olub,44 xəstə təxliyə edilib
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
Cəmiyyət 19:43
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
Cəmiyyət 19:00
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Cəmiyyət 18:21
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır
Cəmiyyət 18:06
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır

Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb
Cəmiyyət 17:14
Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb


Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib
Cəmiyyət 16:39
Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib
Həbsxanalarda evlənənlərin sayı bir ildə 47% azalıb
Cəmiyyət 16:29
Həbsxanalarda evlənənlərin sayı bir ildə 47% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol