• $
  • £

Ötən il üzrə dövlət satınalmalarında uyğunsuzluqlar aşkarlanıb

Ötən il üzrə dövlət satınalmalarında uyğunsuzluqlar aşkarlanıb
09.09.2025 17:31

2024-cü ildə Azərbaycanda dövlət satınalmalarında müqavilə qiymətləri ilə əvvəlcədən hesablanmış ehtimal olunan qiymətlər arasında kəskin fərqlər yaranıb. Bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

1545 satınalma üzrə yekun protokol qiyməti ehtimal olunan qiymətdən 20-30% az olmaqla, bu müqavilələrin ümumi məbləği 533,6 milyon manat, fərq isə 172,1 milyon manat təşkil edib. 1133 satınalma üzrə bu fərq 30-40% arasında dəyişib. Fərq 111,3 milyon manat, müqavilə məbləği isə 221,4 milyon manat olub. 755 satınalma üzrə 40-50% fərq müşahidə edilib. 64,2 milyon manatlıq bu müqavilələrdə 50,8 milyon manat fərq yaranıb. Nəhayət, 796 satınalma müqaviləsində qiymət fərqi 50%-dən də çox olub. Bu müqavilələrin cəmi məbləği 42,6 milyon manat olsa da, fərq 83,4 milyon manata bərabərdir, bu isə ehtimal olunan dəyərin demək olar ki, ikiqatı qədərdir.

Ötən il Azərbaycanda 2259 satınalma ləğv olunub ki, bu, bütün müsabiqə əsaslı satınalmaların 23%-i deməkdir. Bu satınalmaların ehtimal olunan dəyəri 750 milyon manat olub. Bu rəqəm baş tutmuş satınalmaların ehtimal olunan qiymətinin 14,4%-ni təşkil edir.

2024-cü ilin satınalma hesabatında bəzi hallarda 2025-ci ilin büdcə vəsaiti hesabına nəzərdə tutulmuş satınalmaların da yer aldığı müşahidə olunub ki, bu da hesabatlılıqda dəqiqlik baxımından suallar doğurur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Cəmiyyət 21:30
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Cəmiyyət 20:03
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Cəmiyyət 19:27
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Cəmiyyət 19:06
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol