• $
  • £

Azərbaycanda dənizdə boğulanları robotlar xilas edəcək - MÜSAHİBƏ

Azərbaycanda dənizdə boğulanları robotlar xilas edəcək - MÜSAHİBƏ
15.09.2025 17:55

2025-ci ilin son üç ayında respublika üzrə 63 nəfər suda boğulmaqdan xilas edilib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 128 nəfər olub. Bu barədə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili anews.az-a müsahibəsində bildirib.

Əlili bildirib ki, boğulma hallarının əksəriyyəti qeyri-çimərlik ərazilərində — kanallarda, çaylarda və süni göllərdə baş verir. Hadisələrin əsas səbəbləri arasında uşaqların valideyn nəzarətindən yayınması, sərxoş vəziyyətdə suya daxilolma və üzmə bacarıqlarının reallıqdan artıq qiymətləndirilməsi yer alır.

“Təəssüf ki, hadisələrin çoxu regionalarda və nəzarətsiz ərazilərdə qeydə alınır. Çimərliklərdə hava şəraitinə əməl olunmaması da risk yaradır,” —  Əlili vurğulayıb.

Hazırda Fövqəladə Hallar Nazirliyi ölkə üzrə 78 çimərliyə nəzarət edir. Onlardan 52-si Bakıda, 6-sı isə İDEA-ya məxsus ictimai çimərliklərdir.

Bu il 6 yararsız çimərlik müəyyən edilib

Nazirlik tərəfindən aparılan monitorinqlər nəticəsində bu il Abşeron və Bakı ərazisində 5, Lənkəranda isə 1 yararsız çimərlik müəyyən edilib. Siyahıya Mərdəkan, Şüvəlan (Mil-Qaya), Bilgəh (Rus çimərliyi), Novxanı (Sarıqaya), Sumqayıt (elektrik stansiyası ərazisi), Qaradağ (Mayak), Ləhic bağları (Eskada), Hövsan və digər təhlükəli ərazilər daxildir.

“Bu zonalarda suyun altındakı çuxurlar, daş-qaya parçaları və tullantılar insan həyatı üçün ciddi təhlükə yaradır,” —  Əlili əlavə edib.

Hər çimərlik mövsümü başlamazdan öncə Fövqəlada Hallar Nazirliyi sualtı müayinələr aparır. 

"Hər il özümüzün nəzarət etdiyimiz ərazilərdə su altı müayinələr aparırıq. Hazırda ən çox çimərliklərə təsir edən amil suyun geriçəkilməsi ilə bağlıdır. Suyun geriçəkilməsi ilə istifadəyə yararlı çimərlik yararsız hala düşür. Müayinələrdə suyun altında olan çuxurları müəyyən edirik. Daş qaya parçaları olur ki, onları külək gətirir.Hər hansı qəfləti dərinlik və çuxur varsa həmin ərazilərdə nişanlanma qoyulur. Vətəndaşlara xəbərdarlıq edilir", - Əlili bildirib. 

 

Yeni texnologiyaların tətbiqi nəzərdə tutulur

Xidmət yaxın illərdə xilasedici robotların tətbiqini planlaşdırır. Lakin Əlilinin sözlərinə görə, indiyə qədər sınaqdan keçirilən modellər — xüsusilə Türkiyə istehsalı olan robotlar — Xəzər dənizinin dalğalı və dəyişkən şəraitində effektiv olmayıb.

"Yaxın dövlər üçün yeni müasir və innovativ texnikaların alınması əsas məqsədlərimizdən biridir. Xilasedici robotların alınıb istifadə edilməsi nəzərdə tutulur. Bir neçə təklif olunub, sadəcə sınaqdan keçirmişik effekt verməyib. Xəzər dənizi kifayət qədər təhlükəli və dalğalı dənizdir. Biz elə bir texnika əldə etməliyik ki, mürəkkəb relyefdə və mürəkkəb hava şəraitində özünü doğrulda bilsin. Sınaqdan keçirdiyimiz xilasedici robotlar Türkiyə istehsalı olub. Məsələn xilasedicilərimiz boğulan şəxsi 15 saniyəyə çıxara bilirsə,robot bunu 1 dəqiqəyə çıxarıb. Bu effekt vermir. Əgər robot bunu 5 saniyəyə çıxara bilsə bu effekt verə bilər. Hələ ki, bunun üzərində işlər gedir. Bizə Türkiyədən təklif olunub. Özümüz də araşdırırıq. Təəssüf ki, bu robotları  istehsal edən şirkətlər mürəkkəb hava şəraitini nəzərə almır.Həmin robotlar sakit hava üçün istehsal üçün nəzərdə tutulub. Bu da bizə uyğun olmur", - o əlavə edib. 

Xilasedicilərin peşə hazırlığı artırılır

Nazirlik əməkdaşları Türkiyə də daxil olmaqla bir sıra ölkələrdə təlimlərə cəlb olunublar. FHN bu sahədə Rusiya, Belarus, Ukrayna, Çin və Qazaxıstan kimi ölkələrlə əməkdaşlıq edir.

Əlili həmçinin qeyd edib ki, hər il mövsüm başlamazdan əvvəl çimərliklərdə monitorinqlər aparılır, təhlükəsizlik qaydalarına əməl etməyən operatorlar barədə yerli icra hakimiyyətlərinə məlumat verilir.

“Qanunvericiliyə görə, vətəndaşlar dənizdə yalnız 1.75 metr dərinliyə qədər üzə bilərlər. Bu tələblərə əməl olunmaması boğulma riskini artırır,” —  o vurğulayıb.

İstiqamət: 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Cəmiyyət 21:30
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Cəmiyyət 20:03
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Cəmiyyət 19:27
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Cəmiyyət 19:06
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol