• $
  • £

Fermerlərə üzüm sahələrinə görə 168 min manatdan çox sığorta ödənişi edilib

Fermerlərə üzüm sahələrinə görə 168 min manatdan çox sığorta ödənişi edilib
16.09.2025 15:35

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində üzüm sahələrinə dəyən zərərlərlə bağlı 168 min 182 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Bu barədə Aqrar Sığorta Fondu məlumat yayıb.

Ən böyük ödəniş 154 min 420 manat olmaqla Şamaxı rayonunda qeydə alınıb. Digər ödənişlər İsmayıllı, Beyləqan, Tovuz və Qax rayonlarındakı fermerlərə edilib.

Hazırda aqrar sığorta çərçivəsində 41 bitki növü üzrə məhsul və əkin sahələrinin sığortalanması mümkündür. Üzüm bağları leytan yağışı, dolu, sel, subasma, qasırğa və vəhşi heyvanların hücumu daxil olmaqla müxtəlif risklərdən qorunur.

Aqrar Sığorta Fonduna görə, üzüm məhsulu leytan riskinə qarşı təminat verilən üç məhsuldan biridir – digər ikisi pambıq və gilastır. Dolu nəticəsində yaranan keyfiyyət itkisi bu sahədə ən çox rast gəlinən zərər səbəbidir.

Sığorta haqları regionlara görə dəyişir. Məsələn, Cəlilabad, Salyan və Neftçala rayonlarında fermerlər 1000 manatlıq üzüm məhsulunu cəmi 10 manata, Tovuz, Şəmkir və Qazaxda 32 manata, Şamaxı və İsmayıllıda isə 15,70 manata sığortalaya bilirlər.

Fondun məlumatına görə, üzüm məhsulu ilə yanaşı, üzüm tingləri və bar verən kollar da ayrıca sığorta oluna bilər.

Əlavə məlumat ASF-nin rəsmi internet səhifəsində, sosial media hesablarında və 1651 nömrəli çağrı mərkəzində təqdim olunur.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Cəmiyyət 21:30
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Cəmiyyət 20:03
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Cəmiyyət 19:27
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Cəmiyyət 19:06
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol