• $
  • £

Narkotik istifadəçisi kimi qeydiyyata dair arayış “ASAN xidmət”də veriləcək

Narkotik istifadəçisi kimi qeydiyyata dair arayış “ASAN xidmət”də veriləcək
17.09.2025 18:48

Narkotik istifadəçisi kimi qeydiyyata dair arayış "ASAN xidmət"də veriləcək.Bu, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmaması barədə arayışların verilməsi prosesinin sadələşdirilməsi məqsədilə bu xidmətin "ASAN xidmət" mərkəzləri tərəfindən həyata keçirilməsinin təmin edilməsi üçün normativ hüquqi aktlarda dəyişiklik ediləcək.

Bunun üçün Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə birlikdə 2026-cə ildə şəxsin narkotik istifadəçisi kimi qeydiyyatda olub-olmaması barədə arayış verilməsi prosesinin sadələşdirilməsi ilə bağlı müvafiq normativ hüquqi akt layihələrinin hazırlanmasını təmin etməlidir.

Müvafiq normativ hüquqi akt layihələrinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmalı və təsdiq üçün aidiyyəti üzrə təqdim edilməlidir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
Cəmiyyət 19:43
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
Cəmiyyət 19:00
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Cəmiyyət 18:21
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin açılışı olub
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır
Cəmiyyət 18:06
Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bakıdadır

Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb
Cəmiyyət 17:14
Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb


Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib
Cəmiyyət 16:39
Prezident: Ermənistan işğal dövründə Kəlbəcər, Laçın və Zəngilanda 60 min hektar meşə fondunu məhv edib
Həbsxanalarda evlənənlərin sayı bir ildə 47% azalıb
Cəmiyyət 16:29
Həbsxanalarda evlənənlərin sayı bir ildə 47% azalıb
"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
Cəmiyyət 16:01
"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Azərbaycanın mineral resurs potensialının xəritəsi hazırlanacaq
Cəmiyyət 15:07
Azərbaycanın mineral resurs potensialının xəritəsi hazırlanacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol