• $
  • £

Dünya çempionu Azərbaycana... ərə gəldi

Dünya çempionu Azərbaycana... ərə gəldi
28.05.2020 22:16

Ağırlıqqaldırma üzrə gənclər arasında qazaxıstanlı dünya çempionu Anastasiya Şvabauer Azərbaycan milli komandasına cəlb olunub.

lent.az-ın əldə etdiyi məlumata görə, 20 yaşlı atlet İbrahimli soyadlı azərbaycanlıya ərə getdikdən sonra milliləşdirilib. 

Cütlüyün toyu bu yaxınlarda olub. Həmyerlimiz perspektivli idmançı ilə ailə qurmaqla, həm də həyat yoldaşının öz ölkəmiz adına uğurlar qazanmasına şərait yaradıb. İndi qazaxıstanlı legioner millimizdə Anastasiya İbrahimli kimi çıxış edəcək. O, yenə 75 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərov xəbəri təsdiqləyib. O bildirib ki, Anastasiya İbrahimli bir müddət öncə millimizin heyətində məşqlərə başlayıb.

Qeyd edək ki, Anastasiya Şvabauer bu il Perunun paytaxtı Limada keçirilmiş dünya çempionatında 75 kq çəki dərəcəsində birdən 98 kq, təkanla isə 126 kq ağırlığın öhdəsindən gələrək, 224 kq ümumi nəticə ilə qızıl medal qazanıb.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol