• $
  • £

Paytaxt restoranlarında fantastik Yeni il qiymətləri

Paytaxt restoranlarında fantastik Yeni il qiymətləri
25.12.2013 14:29
Yüngülvari Yeni il şənliyi adambaşına orta hesabla 100 manata, 4-5 nəfərlik ailəyə isə 600-800 manata başa gəlirYeni ilin gəlməyinə artıq sayılı günlər qalıb. Bütün dünya bayramı xüsusi təmtəraqla qarşılamağa hazırlaşır. Azərbaycanda isə bayram təkcə yeni ilin gəlməsi ilə bitmir, 31 dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Yəni həmin gün xalqımız üçün ikiqat bayramdır. Təbii olaraq, həmin gün hər kəs öz büdcəsinə görə hərəkət edəcək. Adətən insanların əksər hissəsi bayramı öz evində, bir qismi xaricdə, digərləri isə restoranlarda keçirməyə üstünlük verir, paytaxtın çoxsaylı əyləncə və istirahət mərkəzlərinə üz tuturlar. Bakıda fəaliyyət göstərən restoranlar da bir-biri ilə rəqabətə girərək daha yaxşı proqram hazırlamaq və insanları məkanlarına cəlb etmək üçün “dəridən-qabıqdan” çıxırlar. Bu da restoranlarda qiymətlərə təsir edir. Biz də “Kaspi” qəzeti olaraq Bakıda Yeni il şənliyi təşkil edən əyləncə məkanlarında təklif olunan qiymətlərlə bağlı kiçik bir araşdırma apardıq. Yeni il proqramı təklif edən bir neçə restoranla müştəri kimi əlaqə saxlayıb, qiymətləri və proqrama nələrin daxil olduğunu öyrəndik. Restoranların əksəriyyətində eyni zalda bir neçə qiymət təklif edilir. Qiymət arasındakı fərqin səbəbi müştərinin səhnəyə yaxın olması ilə əlaqədardır. Belə ki, şou-proqramı daha yaxından izləmək istəyənlər daha çox pul xərcləməlidirlər.60-350 AZN-lik menyuMəşhur şadlıq saraylarından sayılan “Buta Palace” hər il olduğu kimi, bu il də Yeni il şənliyi ilə bağlı maraqlı proqram hazırlayıb. Burada həm uşaqlar, həm də böyüklərin əylənməyi üçün şərait yaradılacaq. “Buta Palace”ın administratoru bizimlə söhbətində bildirdi ki, dekabrın 31-i günü məşhur sənətçilər dünya və rus musiqiləri ilə burada çıxış edəcəklər: “Yeni il ərəfəsində David Vandetta, skripkaçı Micah, Bianchi qonaqları əyləndirəcək. Menyularımız və qiymətlər isə yerə və zala uyğun olaraq dəyişir. Biletlər VIP zonada 300-350 AZN, GOLDEN zonada 120-150 AZN, STANDARD zonada isə 60 AZN-dən başlayır”. Administrator vurğuladı ki, sonuncu zonada olan vətəndaşlar üçün heç bir menyu yoxdur, onlar sadəcə, ayaq üstə konserti izləyə biləcəklər.Qiymətlər cib “yandırır”“Fayton” restoranında da qiymətlər cib “yandırır”. Belə ki, burada menyu 150 manatdan başlayaraq yüksələn xətlə davam edir. Administrator qəzetimizə açıqlamasında bildirdi ki, şou-proqram axşam saat 10-dan başlayacaq, səhər 6-ya qədər davam edəcək: “Ödəniləcək məbləğə möhtəşəm təşkil olunmuş şou-proqram, yemək-içmək daxildir. Menyuda isə isti və soyuq məzələr, kabablar, qutablar, alkoqollu və alkoqolsuz içkilər, Yeni il gecəsi partlatmaq üçün şampan var. Yeni il gecəsi məşhur müğənnilər də çıxış edəcəklər”.“Şouya çox pul ayrılıb”“Oazis” şadlıq sarayında proqram axşam saat 7-dən başlayacaq səhər saat 5-ə kimi davam edəcək. Qiymətlər isə menyulara müvafiq olaraq dəyişir. Burada ən ucuz menyu 100 manat, ən baha isə 150 manatdır. Restoranın administratoru bildirdi ki, şouya xüsusilə çox pul ayrılıb: “Yeni il gecəsi insanlar daha çox əylənməyə, oynamağa üstünlük verirlər. Bu səbəbdən də bizim restoran 31 dekabr günü möhtəşəm şou-proqram hazırlayıb. Məşhur müğənnilər Faiq Ağayev və Röya da həmin gecə çıxış edəcəklər. Bundan əlavə, fokus və rəqs qruplarının maraqlı çıxışları gözlənilir. Menyuda isə “soyuq” yeməklərdən tutmuş isti yeməklərə qədər hər şey, eyni zamanda içkilər də var”.“Cıdır” restoranı Yeni illə bağlı xüsusi proqram hazırlamadığı üçün menyu digərlərinə nisbətən ucuzdur. Burada ən ucuz menyu 50 manatdan başlayır, 100 manata qədər davam edir.“Altun”a giriş biletlədir“Altun” restoranına bayram günü giriş biletlə olacaq. Bu restoranda 2014-cü ili qarşılamaq digər restoranlarda olduğu kimi, insanlara baha başa gələcək. Belə ki, bayram günü restorana daxil olmaq üçün lazım olan biletlərin qiyməti 100-150 manat arasında dəyişir. Administratorun sözlərinə görə, restoranda iddialı və möhtəşəm şou-proqramla qonaqları əyləndirəcəklər.“Xəmsə” restoranı da saat 9-dan etibarən Yeni il şənliyinə start verəcək. Tədbir səhər saat 6-ya qədər davam edəcək. Menyu isə 80 manatdan başlayıb 160 manata qədər olacaq.Araşdırmalarımızdan da məlum olduğu kimi, restoranlar fantastik qiymətlərlə öz qonaqlarını gözləyirlər. Restoranlarda yüngülvari Yeni il şənliyi adambaşına 100 manat, 4-5 nəfərlik ailəyə 600-800 manata başa gəlir. Qeyd edək ki, mütəxəssislər yeni ildə bahalaşmanı son illər ərzaq məhsullarının və digər xərclərin artması ilə əlaqələndiriblər. Araşdırmalara görə, Yeni il ərəfəsində restoranların qiymətləri 20-25 faiz bahalaşır. Onu da vurğulayaq ki, baha olmasına baxmayaraq, bayram günlərində kafe-restoranlarda, əyləncə mərkəzlərində boş yer tapmaq mümkün deyil.Kaspi.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda IX sinif şagirdi digər şagirdi məktəbin sanitar qovşağında döyüb
Cəmiyyət 13:51
Bakıda IX sinif şagirdi digər şagirdi məktəbin sanitar qovşağında döyüb
Qarabağın 2 rayonuna növbəti köç yola salınıb
Cəmiyyət 13:33
Qarabağın 2 rayonuna növbəti köç yola salınıb
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Cəmiyyət 13:19
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
Əliyev Qazaxıstanda işgüzar səfərdədir
Siyasət 12:33
Əliyev Qazaxıstanda işgüzar səfərdədir
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:24
Sabahın hava proqnozu açıqlanıb
Ümumdünya Şəhərsalma Forumuna cəlb olunacaq xəstəxanalarda hazırlıq yoxlanılıb
Cəmiyyət 11:20
Ümumdünya Şəhərsalma Forumuna cəlb olunacaq xəstəxanalarda hazırlıq yoxlanılıb
AZAL Bakı-Dubay reyslərini bərpa edib
Cəmiyyət 11:17
AZAL Bakı-Dubay reyslərini bərpa edib
Rusiya Ermənistana Azərbaycan üzərindən 977 ton buğda göndərir
Cəmiyyət 10:42
Rusiya Ermənistana Azərbaycan üzərindən 977 ton buğda göndərir
Bu ərazilərə metro tiksək, insanlar şəhərə axışacaqlar - Metropolitenin sədri
Cəmiyyət 10:23
Bu ərazilərə metro tiksək, insanlar şəhərə axışacaqlar - Metropolitenin sədri
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol