Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb.
"Report"un məlumatına görə, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
1994-cü il təvəllüdlü Məzahir Zahid oğlu Mejdunov yaşadığı evin hamam otağında dəm qazından boğularaq həyatını itirib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox