• $
  • £

Bank Respublika Azərbaycan özəl bankları arasında ən irihəcmli kredit sazişinə imza atdı

Bank Respublika Azərbaycan özəl bankları arasında ən irihəcmli kredit sazişinə imza atdı
10.10.2025 15:07

Bank Respublika Azərbaycan özəl bankları arasında ən irihəcmli kredit sazişinə imza atdı

Niderland İnkişaf Bankı (FMO) Bank Respublika-ya 65 milyon ABŞ dolları məbləğində kredit ayırıb

Azərbaycanın aparıcı kommersiya banklarından biri olan Bank Respublika Niderland İnkişaf Bankı (FMO) iləirihəcmli kredit sazişi imzalayıb. Razılaşmaya əsasən, beynəlxalq maliyyə institutu Banka 4 il müddətinə 65 milyon ABŞ dollarına ekvivalent məbləğdə Azərbaycan manatı (AZN) ilə kredit vəsaiti təqdim edəcək.

Cəlb olunan vəsaitlər ölkədə kənd təsərrüfatı sektorunun, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə, o cümlədən gənc və qadın sahibkarların fəaliyyətinin dəstəklənməsinə, eləcə də yaşıl layihələrin inkişafına yönəldiləcək.

Qeyd edək ki, bu razılaşma Azərbaycan özəl bankları arasında indiyədək imzalanmış ən iri kredit sazişi olub. Bu isə beynəlxalq maliyyə institutlarının Bank Respublika-ya və ümumilikdə Azərbaycanın iqtisadiyyatına göstərdiyi yüksək etimadı nümayiş etdirir.

“Bu saziş beynəlxalq maliyyə institutlarının “Bank Respublika”nın etibarlılığına, eyni zamanda Azərbaycanın bank sisteminin dayanıqlılığına inamının növbəti parlaq göstəricisidir. Biz FMO-dakı tərəfdaşlarımıza 20 illik uğurlu əməkdaşlığa və bank üçün prioritet istiqamətlərin - yaşıllayihələrin, mikro, kiçik və orta sahibkarlığın, xüsusilə kənd təsərrüfatı sektoru, eləcə də gənc və qadın sahibkarların maliyyələşdirilməsinə verdikləri davamlı dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk. Biz inanırıq ki, FMO kimi aparıcı beynəlxalq maliyyə təşkilatları ilə tərəfdaşlıq bizə real sektorun daha səmərəli dəstəklənməsi üçün yeni imkanlar açacaq və bununla da ölkədə sahibkarlığın inkişafına öz töhfəsini verəcək.” deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov bildirib

FMO-nun baş icraçı direktoru Michael Jongeneel qeyd edib: “FMO olaraq biz hesab edirik ki, yerli valyutada sabit və uzunmüddətli maliyyə resurslarına çıxış möhkəm maliyyə sistemlərinin qurulması və inklüziv inkişafın dəstəklənməsi üçün mühüm əhəmiyyət daşıyır. Bank Respublika ilə imzalanan bu saziş bankın mikro sahibkarlara, gənclərə və qadınlar tərəfindən idarə olunan kiçik və orta bizneslərə dəstəyini genişləndirməyə, eyni zamanda yaşıl investisiyaları təşviq etməyə imkan verəcək. Kreditlərin manatla verilməsi müştərilər üçün valyuta riskini azaldaraq maliyyələşmənin həm əlçatan, həm də dayanıqlı olmasını təmin edir. Biz Bank Respublika ilə uzun illərə əsaslanan əməkdaşlığımızı davam etdirməkdən və Azərbaycanın sahibkarlıq ekosisteminin inkişafına töhfə verməkdən qürur duyur, eyni zamanda birgə nailiyyətlərimizin müsbət nəticələrini səbirsizliklə gözləyirik.”

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
İqtisadiyyat 17:34
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
İqtisadiyyat 16:33
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
İqtisadiyyat 15:08
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
İqtisadiyyat 15:01
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
İqtisadiyyat 12:52
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
ABB-dən 200 000 manata qədər təmir krediti
İqtisadiyyat 12:48
ABB-dən 200 000 manata qədər təmir krediti
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
İqtisadiyyat 12:03
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
İqtisadiyyat 11:41
Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
2032-yə qədər 6–8 giqavat bərpa olunan enerji istehsal edəcəyik - baş nazir
İqtisadiyyat 11:38
2032-yə qədər 6–8 giqavat bərpa olunan enerji istehsal edəcəyik - baş nazir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol