• $
  • £

Bakı üçün hər il yüzlərlə yeni avtobus alınır, Qarabağda ictimai nəqliyyat sistemi qurulur

Bakı üçün hər il yüzlərlə yeni avtobus alınır, Qarabağda ictimai nəqliyyat sistemi qurulur
16.10.2025 13:28

Bakıda istismarda olan avtobusların sayı 2,800–3,000 arasında dəyişir və hər il köhnələrin əvəzlənməsi üçün yüzlərlə yeni avtobus alınır. Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nəqliyyat Planlaşdırılması Departamentinin rəhbəri Fuad Cəfərli bildirib.

Onun sözlərinə görə, avtobus parkının yenilənməsi prosesi ilə yanaşı, işğaldan azad olunmuş ərazilərdə də ictimai nəqliyyat planı hazırlanıb:

“2025–2026-cı illər üzrə birinci mərhələ demək olar ki, başa çatıb. Regionda ictimai nəqliyyat sisteminin qurulması gözlənilir,” - Cəfərli deyib.

O qeyd edib ki, prezidentin son fərmanı yeni avtobusların alınmasına və ictimai nəqliyyatın subsidiyalaşdırılmasına imkan verəcək. Siyahıya daxil edilən səkkiz şəhərdən dördü Qarabağda yerləşir. Bunlar Laçın, Xankəndi, Maqadan və digər şəhərlər.

Onun sözlərinə görə, gələn ilin əvvəlində region üçün 14 yeni avtobus istehsal ediləcək, həmçinin yerli avtobuslar da satın alınacaq. Yeni avtobus depoları inşa olunur.

Cəfərli bildirib ki, Laçında nəqliyyat əlçatanlığı aşağıdır və bu məqsədlə yeni kanat yolu layihəsi hazırlanır.

“Layihə həm turistik, həm də sərnişin daşımalarında istifadə olunacaq”, - Cəgərli bilditib. 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
Cəmiyyət 16:01
"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Azərbaycanın mineral resurs potensialının xəritəsi hazırlanacaq
Cəmiyyət 15:07
Azərbaycanın mineral resurs potensialının xəritəsi hazırlanacaq
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
Cəmiyyət 14:53
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb
Cəmiyyət 14:42
Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb
İlham Əliyev: "Naxçıvanda geoloji kəşfiyyat işlərinə gələn ildən başlanacaq"
Cəmiyyət 14:20
İlham Əliyev: "Naxçıvanda geoloji kəşfiyyat işlərinə gələn ildən başlanacaq"
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
Cəmiyyət 14:16
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"

Özəl tibb müəssisəsi 26 min, direktoru 3 min manat cərimələnib
Cəmiyyət 13:58
Özəl tibb müəssisəsi 26 min, direktoru 3 min manat cərimələnib
Risklərin qarşısını vaxtında almaq vacibdir - Prezident
Cəmiyyət 13:38
Risklərin qarşısını vaxtında almaq vacibdir - Prezident
"Qurtuluş" mərkəzinin rəhbəri Ceyhun Salmanov barədə qərar verilib
Cəmiyyət 13:13
"Qurtuluş" mərkəzinin rəhbəri Ceyhun Salmanov barədə qərar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol