• $
  • £

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
21.10.2025 19:24

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Ukrayna vətəndaşı Babayev Samik Arif oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Samik Babayevin qəsdən adam öldürmə cinayət əməli törədilməsində iştirakçı qismində çıxış etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarış elan edilib.

Təqsirləndirilən şəxsin Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycanın mineral resurs potensialının xəritəsi hazırlanacaq
Cəmiyyət 15:07
Azərbaycanın mineral resurs potensialının xəritəsi hazırlanacaq
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
Cəmiyyət 14:53
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb
Cəmiyyət 14:42
Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb
İlham Əliyev: "Naxçıvanda geoloji kəşfiyyat işlərinə gələn ildən başlanacaq"
Cəmiyyət 14:20
İlham Əliyev: "Naxçıvanda geoloji kəşfiyyat işlərinə gələn ildən başlanacaq"
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
Cəmiyyət 14:16
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"

Özəl tibb müəssisəsi 26 min, direktoru 3 min manat cərimələnib
Cəmiyyət 13:58
Özəl tibb müəssisəsi 26 min, direktoru 3 min manat cərimələnib
Risklərin qarşısını vaxtında almaq vacibdir - Prezident
Cəmiyyət 13:38
Risklərin qarşısını vaxtında almaq vacibdir - Prezident
"Qurtuluş" mərkəzinin rəhbəri Ceyhun Salmanov barədə qərar verilib
Cəmiyyət 13:13
"Qurtuluş" mərkəzinin rəhbəri Ceyhun Salmanov barədə qərar verilib

"Araz Supermarket" barədə protokol tərtib olunub
Cəmiyyət 13:11
"Araz Supermarket" barədə protokol tərtib olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol