• $
  • £

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin istehsalı 3,5 milyon tona çatacaq

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin istehsalı 3,5 milyon tona çatacaq
23.10.2025 16:49

Azərbaycanın kənd, meşə və balıqçılıq təsərrüfatı üzrə 2026-cı il proqnozlarına əsasən, ölkədə dənli və dənli paxlalı bitkilərin istehsalı 3 milyon 533,9 min tona çatacaq. Bu, 2025-ci ilin proqnozu (3 milyon 430,9 min ton) ilə müqayisədə təxminən 3 faiz çoxdur. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Buğda istehsalı 2026-cı ildə 1 milyon 776,5 min ton, çəltik istehsalı isə 20,3 min ton səviyyəsində gözlənilir.

Tərəvəz istehsalının 1 milyon 955,2 min ton, kartof istehsalının isə 1 milyon 153 min ton olacağı proqnozlaşdırılır.

Eyni zamanda, pambıq istehsalının 316,7 min ton, meyvə və giləmeyvə istehsalının isə 1 milyon 639,5 min tona qədər artacağı bildirilir.

Üzüm istehsalı 217 min ton, tütün 6,7 min ton, şəkər çuğunduru 324,9 min ton səviyyəsində proqnozlaşdırılır.

 2026-cı il üçün kənd təsərrüfatında əlavə dəyərin 9,9 milyard manata çatacağı və sektorun ÜDM-də payının 6,2 faiz olacağı gözlənilir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycanın mineral resurs potensialının xəritəsi hazırlanacaq
Cəmiyyət 15:07
Azərbaycanın mineral resurs potensialının xəritəsi hazırlanacaq
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
Cəmiyyət 14:53
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb
Cəmiyyət 14:42
Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb
İlham Əliyev: "Naxçıvanda geoloji kəşfiyyat işlərinə gələn ildən başlanacaq"
Cəmiyyət 14:20
İlham Əliyev: "Naxçıvanda geoloji kəşfiyyat işlərinə gələn ildən başlanacaq"
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
Cəmiyyət 14:16
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"

Özəl tibb müəssisəsi 26 min, direktoru 3 min manat cərimələnib
Cəmiyyət 13:58
Özəl tibb müəssisəsi 26 min, direktoru 3 min manat cərimələnib
Risklərin qarşısını vaxtında almaq vacibdir - Prezident
Cəmiyyət 13:38
Risklərin qarşısını vaxtında almaq vacibdir - Prezident
"Qurtuluş" mərkəzinin rəhbəri Ceyhun Salmanov barədə qərar verilib
Cəmiyyət 13:13
"Qurtuluş" mərkəzinin rəhbəri Ceyhun Salmanov barədə qərar verilib

"Araz Supermarket" barədə protokol tərtib olunub
Cəmiyyət 13:11
"Araz Supermarket" barədə protokol tərtib olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol