• $
  • £

ƏƏSMN-nin xidmətlərinin 90 faizdən çoxu elektronlaşdırılıb




ƏƏSMN-nin xidmətlərinin 90 faizdən çoxu elektronlaşdırılıb
24.10.2025 11:20

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin təqdim etdiyi xidmətlərin 90 faizdən çoxu elektron formada göstərilir. Bunu Əmək və Əhalinin Sosial Müdafiə Naziri Anar Əliyev deyib.

Nazir bildirib ki, reabilitasiya sahələrində də elektronlaşdırmanı tam şəkildə həyata keçirilib.

"Dövlət idarəçiliyində rəqəmsal sistemlərin tətbiqi və şəffaflığın təmin olunması sosial sahədə aparılan islahatların əsas istiqamətlərindən biridir. Bu sistemlərin dövlət idarəçiliyinə gətirilməsi və bu vasitə ilə şəffaflığın təmin olunması bizim birinci istiqamətimiz idi,” - nazir vurğulayıb.

Rəsminin sözlərinə görə, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində tam elektron keçid təmin olunub.

“Əmək münasibətləri, məşğulluq, sosial müdafiə və reabilitasiya sahələrində biz elektronlaşdırmanı tam şəkildə həyata keçirmişik. Artıq Nazirliyin təqdim etdiyi xidmətlərin 90 faizdən çoxu elektron formada göstərilir,” – deyə o vurğulayıb.

Sonda o vurğulayıb ki, gələcək mərhələlərdə bu proses rehabilitasiya, əlillərin sosial müdafiəsi və psixoloji dəstək xidmətləri kimi sahələri də əhatə edəcək və süni intellekt əsaslı sistemlərin tətbiqi vətəndaş məmnunluğunun daha da artırılmasına xidmət edəcək.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycanın mineral resurs potensialının xəritəsi hazırlanacaq
Cəmiyyət 15:07
Azərbaycanın mineral resurs potensialının xəritəsi hazırlanacaq
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
Cəmiyyət 14:53
"Yanaşmamız xammalı daha çox emal etməkdir" - Mikayıl Cabbarov
Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb
Cəmiyyət 14:42
Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb
İlham Əliyev: "Naxçıvanda geoloji kəşfiyyat işlərinə gələn ildən başlanacaq"
Cəmiyyət 14:20
İlham Əliyev: "Naxçıvanda geoloji kəşfiyyat işlərinə gələn ildən başlanacaq"
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"
Cəmiyyət 14:16
Prezident: "Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır"

Özəl tibb müəssisəsi 26 min, direktoru 3 min manat cərimələnib
Cəmiyyət 13:58
Özəl tibb müəssisəsi 26 min, direktoru 3 min manat cərimələnib
Risklərin qarşısını vaxtında almaq vacibdir - Prezident
Cəmiyyət 13:38
Risklərin qarşısını vaxtında almaq vacibdir - Prezident
"Qurtuluş" mərkəzinin rəhbəri Ceyhun Salmanov barədə qərar verilib
Cəmiyyət 13:13
"Qurtuluş" mərkəzinin rəhbəri Ceyhun Salmanov barədə qərar verilib

"Araz Supermarket" barədə protokol tərtib olunub
Cəmiyyət 13:11
"Araz Supermarket" barədə protokol tərtib olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol