• $
  • £

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bilet alışı proseduru dəyişib

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bilet alışı proseduru dəyişib
30.10.2025 17:38

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) böyük sərnişin axınını nəzərə alaraq reyslərin vaxtında yola düşmələri, avtobusların düzgün komplektləşdirilməsi və digər təşkilati məsələləri əngəlsiz təmin etmək məqsədilə müvafiq qanunvericiliyə əsasən bilet alışı proseduruna dəyişiklik edilib. Bu barədə BBAK məlumat yayıb.

Bildirib ki, şəhərlərarası və rayonlararası reyslər üzrə bilet satışları avtobusların yola düşməsinə 15 dəqiqə qalmışa qədər həyata keçirilir. Avtobusun yola düşməsinə 15 dəqiqədən az vaxt qaldıqda biletlər artıq növbəti reys üçün satılır. Bu qayda "biletim.az" portalı üzərindən və avtovağzalın kassalarından əldə edilən biletlərə şamil olunur.

Bu qayda ilkin mərhələdə digər şəhər və rayon avtovağzallarına şamil edilmir.

Sərnişinlərdən bilet alarkən BBAK-a çatma vaxtlarını müvafiq qaydaya əsasən tənzimləmələri xahiş olunur.

Kassaya gəlmədən, öncədən rahat şəkildə bilet almaq üçün "biletim.az" platformasından istifadə etmək tövsiyə olunur. Daha sərfəli qiymət və yer seçimi imkanından yararlanın!

Oxşar xəbərlər
Oxşar xəbərlər

Özəl tibb müəssisəsi 26 min, direktoru 3 min manat cərimələnib
Cəmiyyət 13:58
Özəl tibb müəssisəsi 26 min, direktoru 3 min manat cərimələnib
Risklərin qarşısını vaxtında almaq vacibdir - Prezident
Cəmiyyət 13:38
Risklərin qarşısını vaxtında almaq vacibdir - Prezident
"Qurtuluş" mərkəzinin rəhbəri Ceyhun Salmanov barədə qərar verilib
Cəmiyyət 13:13
"Qurtuluş" mərkəzinin rəhbəri Ceyhun Salmanov barədə qərar verilib

"Araz Supermarket" barədə protokol tərtib olunub
Cəmiyyət 13:11
"Araz Supermarket" barədə protokol tərtib olunub

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Cəmiyyət 12:43
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb

DYP kənd texnikası sürücülərinə müraciət edib
Cəmiyyət 12:38
DYP kənd texnikası sürücülərinə müraciət edib

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
Cəmiyyət 12:26
Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
Prezident müşavirə keçirib
Cəmiyyət 12:03
Prezident müşavirə keçirib
Azərbaycanda müəssisələr ətraf mühitə təsirlərinə dair illik hesabat təqdim edə bilər
Cəmiyyət 11:52
Azərbaycanda müəssisələr ətraf mühitə təsirlərinə dair illik hesabat təqdim edə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol