• $
  • £

Azərbaycan öz doğma torpaqlarını azad edərək tarixi ədaləti bərpa etdi

Azərbaycan öz doğma torpaqlarını azad edərək tarixi ədaləti bərpa etdi
08.11.2025 14:11

Azərbaycan 2020-ci ildə Qarabağı azad etməklə tarixi ədaləti və beynəlxalq hüququ bərpa edib, ölkənin ərazi bütövlüyünü tam şəkildə təmin edib. Bunu Prezident İlham Əliyev Zəfər Gününün beşinci ildönümündə çıxış edərək bildirib.

“Biz nəyin bahasına olursa olsun doğma torpaqlarımızı azad etdik. Azərbaycanın iqtisadi və siyasi müstəqilliyi bizi bu zəfərə gətirdi,” — Əliyev Bakıda keçirilən Zəfər Paradında çıxışında deyib.

Prezident qeyd edib ki, bu illər ərzində Azərbaycan həm iqtisadi, həm də hərbi gücünü artıraraq, beynəlxalq aləmdə söz sahibinə çevrilib. “

Biz güclü iqtisadiyyat qurduq, müstəqilliyimizi möhkəmləndirdik, xalq-iqtidar birliyini təmin etdik. Bu amillər bizi şanlı zəfərə yaxınlaşdırdı,” — o bildirib.

Əliyev vurğulayıb ki, 44 günlük müharibə Azərbaycanın tarixinə qəhrəmanlıq salnaməsi kimi düşüb. 

“Bizim gənclərimiz vətənpərvərlik ruhunda böyüdü və onlar sinələrini irəli verərək, güllə altına gedərək, torpaqlarımızı işğaldan azad etdilər. Heç bir gün, heç bir addım geri atmadıq,” — o bildirib.

Prezident Şuşanın azad edilməsini müharibənin dönüş nöqtəsi adlandırıb.

“Noyabrın 8-də alınmaz qala sayılan Şuşa azad edildi. Ermənistan ordusunun beli orada qırıldı və bundan sonra düşmən kapitulyasiya aktına imza atdı.”

Əliyev qeyd edib ki, bu gün azad edilən ərazilərdə Böyük Qayıdış proqramı həyata keçirilir, məktəblər, xəstəxanalar, yollar və sənaye müəssisələri inşa olunur. 

“Artıq 60 mindən çox insan azad torpaqlarda yaşayır və çalışır. Qarabağ və Zəngəzurda Azərbaycan bayrağı əbədi dalğalanacaq,” — dövlət başçısı bildirib.

Prezident çıxışının sonunda bütün şəhidlərin xatirəsini ehtiramla anaraq əlavə edib. 

Zəfər Paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif də iştirak ediblər. 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Siyasət 12:04
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol