• $
  • £

Moskva prospektində xüsusi hərəkət zolağı təşkil edilib

Moskva prospektində xüsusi hərəkət zolağı təşkil edilib
12.11.2025 13:29

Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək üçün xüsusi hərəkət zolağı təşkil edilib. Bu barədə AYNA-dan bildirilib.

Qeyd edilib ki, bununla da mövcud xüsusi hərəkət zolağının yeni hərəkət zolağı ilə əlaqələndirilməsi həyata keçirilib.

Buna qədər həmin hissədə mütəmadi olaraq sıxlıq müşahidə olunurdu. Müntəzəm marşrut avtobusları metronun “20 Yanvar” stansiyası istiqamətindən “Şamaxinka” adlanan yol sahəsinədək zolaqla fasiləsiz hərəkət etsə də, Şamaxinkadan Biləcəriyə qədər olan hissədə avtobus zolağı mövcud deyildi. Bu səbəbdən ciddi ləngimə yaranırdı və səyahət müddəti artırdı.

Məlumat üçün bildiririk ki, sözügedən yol sahəsindən keçən müntəzəm avtobuslarla gün ərzində ümumilikdə 90.000-dən çox sərnişin daşınır.

Xüsusi hərəkət zolağının təşkili ilə yeni istifadəyə verilən 18 metrlik iritutumlu 500 nömrəli avtobusların marşrut üzrə rahat və vaxt itkisi olmadan hərəkəti təmin ediləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Cəmiyyət 12:43
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb

DYP kənd texnikası sürücülərinə müraciət edib
Cəmiyyət 12:38
DYP kənd texnikası sürücülərinə müraciət edib

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
Cəmiyyət 12:26
Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
Prezident müşavirə keçirib
Cəmiyyət 12:03
Prezident müşavirə keçirib
Azərbaycanda müəssisələr ətraf mühitə təsirlərinə dair illik hesabat təqdim edə bilər
Cəmiyyət 11:52
Azərbaycanda müəssisələr ətraf mühitə təsirlərinə dair illik hesabat təqdim edə bilər
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Cəmiyyət 11:46
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Gecə tikinti işləri ilə bağlı sakinlərin şikayətləri artır - deputat
Cəmiyyət 11:39
Gecə tikinti işləri ilə bağlı sakinlərin şikayətləri artır - deputat
Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
Cəmiyyət 11:29
Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
Bakıda tozlu hava müşahidə olunur
Cəmiyyət 11:18
Bakıda tozlu hava müşahidə olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol