• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Azərbaycanla danışıqlara dair sənədləri dərc edəcək

Paşinyan Azərbaycanla danışıqlara dair sənədləri dərc edəcək
12.11.2025 14:36

Ermənistanın baş naziri Nikol Paşinyan ilin sonuna qədər Azərbaycanla aparılan danışıqlara dair sənədlər paketini dərc edəcəyini açıqlayıb.

O, bu qərarın ATƏT-in Minsk Qrupunun ləğv prosesi ilə bağlı olduğunu bildirib.

“Proses başa çatdıqdan sonra bu sənədlərin dərc olunmasına mənəvi və siyasi maneə qalmayacaq”, –  Paşinyan jurnalistlərə deyib.

Baş nazir həmçinin sabiq prezident Serj Sarkisyanın başqa bir ölkənin rəhbərinə göndərdiyi məktubu da açıqlayacağını təsdiqləyib.

Onun sözlərinə görə, həmin sənədin məxfilik statusu hazırda aradan qaldırılır.

Sarkisyan daha əvvəl iddia etmişdi ki, 2019-cu ildə ATƏT-in Minsk Qrupu Qarabağla bağlı yeni sənəd hazırlamışdı.

O, bu sənədi əvvəlcə “qəbuledilməz” hesab etdiyini, lakin sonradan danışıqların əsasına çevrilə biləcəyini düşünməyə başladığını demişdi.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
Siyasət 17:14
Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
Həmkarı İlham Əliyevə zəng edib
Siyasət 15:59
Həmkarı İlham Əliyevə zəng edib

Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
Siyasət 15:02
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

Qordana Silyanovska-Davkova Prezident İlham Əliyevə zəng edib
Siyasət 14:08
Qordana Silyanovska-Davkova Prezident İlham Əliyevə zəng edib
Hicran Hüseynova uşaqlar və gənclərlə maarifləndirmə işinin gücləndirilməsinə çağırıb
Siyasət 12:11
Hicran Hüseynova uşaqlar və gənclərlə maarifləndirmə işinin gücləndirilməsinə çağırıb
Azərbaycanın Fransadakı səfiri Bricit Makronla görüşdə iştirak edib
Siyasət 11:27
Azərbaycanın Fransadakı səfiri Bricit Makronla görüşdə iştirak edib
Deputatlar və bələdiyyə sədrləri süni intellektlə yayılan yalan məlumatlara qarşı çıxış etməlidir
Siyasət 11:14
Deputatlar və bələdiyyə sədrləri süni intellektlə yayılan yalan məlumatlara qarşı çıxış etməlidir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol