• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Azərbaycanlı təsisçinin qlobal təhsilə gətirdiyi yeniliklər

Azərbaycanlı təsisçinin qlobal təhsilə gətirdiyi yeniliklər
12.01.2025 15:40

Qlobal təhsilin həm geniş imkanlar verdiyi, həm də güclü iqtisadi hərəkətverici qüvvə olduğu bir dövrdə, uzaqgörən iş adamları tələbələrin xarici universitetlərlə necə əlaqə qurmasının nə dərəcədə vacib olduğunu anlamağa başladı.

Onlardan biri olan Elşad Məmmədzadə  innovasiya, empatiya və ciddi metodologiya vasitəsilə Azərbaycandan olan tələbələrlə dünyanın aparıcı universitetlərini əlaqələndirə bilib.  

Cənab Məmmədzadənin biznes yolu 2008-ci ildə   başlayıb. Məhz həmin il o,  xaricdə təhsilin təşkili üzrə ölkənin tanınmış konsaltinq şirkətlərindən biri olan Delta Education-ı qyaradıb.  Üç il sonra isə Akademi Group-u təsis edib.  Bu şirkət o vaxtdan bəri bu sahədə xidmət göstərən ən iri şirkətlərdən birinə çevrilərək bu gün həm xaricdə oxumağa göndərilən tələbələrin sayına, həm də  gəlir həcminə görə, Azərbaycanın əsas şirkətlərindən birinə çevrilib. 

Akademi Group və onun həmtəsisçisini regionun təhsil mənzərəsi üçün əvəzolunmaz edən yalnız miqyas deyil, həm də təhsil məsləhətçiliyi sahəsində yer alan  fundamental yanaşmasıdır. 

Qlobal təhsil boşluğunu aradan qaldırmaq

Onilliklər boyu Qafqaz regionundakı əksər universitetə yerləşdirmə agentlikləri subyektiv intuisiya ilə işləyərək, tələbələri sadə akademik sənədlər və ya qeyri-rəsmi müsahibələr vasitəsilə universitetlərlə uzlaşdırırdılar.  Bu iş nəticəsində uyğunsuz gözləntilər, zəif akademik göstəricilə, həm tələbələr, həm də universitetlər üçün baha başa gələn nümunələr yaranırdı.

Cənab Məmmədzadə bu sistematik problemi hələ erkən mərhələdə dərk edib. Öz beynəlxalq tələbə təcrübəsindən və dilçilik sahəsindəki elmi hazırlığından yararlanaraq, iki mərhələli, məlumat əsaslı bir sistem yaradıb.

Proses üçpilləli qiymətləndirmə sistemi ilə başlayır. Burada akademik bacarıqlar, tənqidi düşüncə, öyrənmə çevikliyi, problem həll etmə, uyğunlaşma və emosional zəka kimi göstəricilər ölçülür – yəni tələbənin yeni akademik və mədəni mühitdə inkişaf edə bilmək qabiliyyəti qiymətləndirilir.

Akademi Group-un meyarlarına uyğun gəlməyən tələbələr rədd edilmir; əvəzində, Azərbaycanda və ya regiondakı digər təhsil müəssisələrində hazırlıq proqramlarına yönləndirilirlər. Bu proqramlara qabaqcıl dil kursları və SAT nəticələrini yaxşılaşdırmaq üçün uyğunlaşdırılmış öyrənmə modulları daxildir. Bu, xaricə göndərilən hər bir tələbənin həm akademik, həm də psixoloji baxımdan hazır olmasını təmin edir.

Məlumatlara əsasən tələbələrin düzgün universitetə yönləndirilməsi və onların uğurlarının davamlı izlənməsi

Uyğun hesab edildikdən sonra tələbələr profilinə uyğun universitetlərlə uyğunlaşdırılan matris əsaslı alqoritm mərhələsindən keçirlər. Yerləşdirmədən sonra Akademi Group tələbələrin xaricdəki təhsil müddətində akademik göstəricilərini izləməkdə davam edir,gələcək qərarları daha da dəqiqləşdirən və yerləşdirmənin dəqiq aparılmasını artıran bir “rəylərdən öyrənmə mexanizmi”ni yaradıb.

Hətta Qərb konsaltinq şirkətləri arasında nadir sayılan bu uzunmüddətli monitorinq Akadem Grroup-a tələbələrin uğur səviyyəsini yüksək saxlamağa, Avropa, Şimali Amerika və Asiya universitetlərində tanınmağa imkan verib.

Psixoloji göstəriciləri, fasiləsiz mentorluğu və tələbələrin uğurlarının təhlilini  birləşdirməklə, Məmmədzadə Azərbaycanın təhsil sektorunda yeni peşəkar standartlar müəyyən edib.

“İndi fundamental dəyişiklik və daha geniş genişlənmə zamanıdır”, –  Məmmədzadə qeyd edib. 

Onun məqsədi bu modeli ABŞ bazarına da genişləndirməkdir. ABŞ universitetlərinin hazırda yüksək akademik hazırlığa malik  müxtəlif ölkələrdən olan xüsusilə süni intellekt, proqram mühəndisliyi və molekulyar biologiya sahələrində çalışan mütəxəssislərə ehtiyacı var.  

“Açıq okeana çıxmağa hazırıq.. Artıq tələbələrimiz istər vətənlərinə qayıdandan sonra, istərsə də xarici ölkələrdə qaldıqda çeviklik, dil bilikləri və elmə töhfə vermək imkanlarına malikdir,” – Məmmədzadə bildirib.

Etika, başqasını başa düşmə və səmərəlilik

Məmmədzadənin fəlsəfəsi üç sütuna əsöykənir - etika, empatiya və səmərəlilik. O, hazırlıqsız tələbəni xaricə göndərməyin təkcə şəxsi uğursuzluq deyil, həm də iqtisadi israfçılıq forması olduğunu vurğulayır.

“Mən hər cür israfın əleyhinəyəm. Yanlış uyğunlaşma vaxtı, resursları və imkanları boşa çıxarır.

Tələbə pulunu və inamını, universitet isə daha uyğun namizədə verilə biləcək təqaüdü itirir. Daha geniş miqyasda bu səmərəsizlik təhsil mübadiləsinə bağlı milli iqtisadiyyatlara təsir göstərir”, - Məmmədzadə vurğulayıb.

Akademi Group bu problemi birbaşa hədəfə alır, universitetlərlə tələbələr arasında optimal uyğunluq yaradaraq təhsil məsləhətçiliyini sadə kommersiya xidmətindən sübuta əsaslanan, nəticə yönümlü bir sahəyə çevirir.
 

Gələcəyə qlobal baxış

Cənab Məmmədzadənin növbəti mərhələsi universitetlərlə qlobal əməkdaşlıqların genişləndirilməsini, onun “canlı təhsil ekosistemi” adlandırdığı bir mühitin formalaşdırılmasını nəzərdə tutur – burada həm universitetlər, həm də tələbələr məlumat əsaslı anlayış və insan yönümlü mentorluq vasitəsilə birgə inkişaf edir.

“Təhsildə elə bir canlı mühit olmalıdır ki, həm universitetlər, həm də tələbələr orada inkişaf etsin. Biz prosesi daha da təkmilləşdirmək və inklüziv etmək üçün hər iki tərəfdən davamlı rəy toplayırıq”, -  Məmmədzadə deyib. 

Onun qlobal təhsil icmasına qoşulmaq istəyən tələbələrə verdiyi məsləhət sadə, lakin dərin mənalıdır:

Özünü tanı (yəni qabiliyyətlərini və imkanlarını anla),  mütəxəssis məsləhəti al ( xaricdə təhsil bir dəfəlik investisiyadır və peşəkarcasına planlaşdırılmalıdır), dəyişiklikdən çəkinmə, onu qəbul et və ondan öyrən (dünyanın vətəndaşı olmaq üçün çevik və dəyişməyə açıq qol) prinsipləri onun əsas devizidir. 

Xaricdə təhsil almağın çətinliklərindən Azərbaycanın ən uğurlu təhsil konsaltinq şirkətinə rəhbərlik etməyə qədər  çətin yol keçən Elşad Məmmədzadə uzaqgörənliyin, empatiyanın və sistemli düşüncənin bir sənayeni necə yenidən formalaşdıra biləcəyini sübut edib.

Akademi Group indi başqa ölkələrdə də fəaliyyətini genişləndirir,  onun qurucusu insanların və ölkələrin sərhədlərini aşan böyük bir təcrübə ilə digərləri ilə də bölüşür.  

O inanır ki, təhsil sadəcə tələbələri universitetlərə yerləşdirmək deyil. Onlarda məqsəd, dəqiqlik və potensiallarına çatmaq üçün inam yaratmaqdır. 

Onun hekayəsindən ilham alaraq, qlobal təhsilin gələcəyinə necə yön verəcəyini izləmək maraqlıdır. 


Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol