• $
  • £

Şəmkirdə yanacaqdoldurma məntəqəsində yanğın

Şəmkirdə yanacaqdoldurma məntəqəsində yanğın
12.11.2025 19:41

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonunun Dəllər Cəyir kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində üç ədəd yanacaqla dolu yeraltı çəndən birində yanğın baş verdiyi və yanğının yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tutumu 55 ton olan yanacaq çənində baş vermiş yanğın genişlənərək digər çənlərə keçməsinə, o cümlədən məntəqənin ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yanacaq çəninə daxil olan rezin borudan sızan yanacaq yanıb.

Yanacaqdoldurma məntəqəsi və yanacaqla dolu çənlər yanğından mühafizə olunub

Oxşar xəbərlər
Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Cəmiyyət 12:43
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb

DYP kənd texnikası sürücülərinə müraciət edib
Cəmiyyət 12:38
DYP kənd texnikası sürücülərinə müraciət edib

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
Cəmiyyət 12:26
Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
Prezident müşavirə keçirib
Cəmiyyət 12:03
Prezident müşavirə keçirib
Azərbaycanda müəssisələr ətraf mühitə təsirlərinə dair illik hesabat təqdim edə bilər
Cəmiyyət 11:52
Azərbaycanda müəssisələr ətraf mühitə təsirlərinə dair illik hesabat təqdim edə bilər
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Cəmiyyət 11:46
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Gecə tikinti işləri ilə bağlı sakinlərin şikayətləri artır - deputat
Cəmiyyət 11:39
Gecə tikinti işləri ilə bağlı sakinlərin şikayətləri artır - deputat
Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
Cəmiyyət 11:29
Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
Bakıda tozlu hava müşahidə olunur
Cəmiyyət 11:18
Bakıda tozlu hava müşahidə olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol