• $
  • £

Kənddə torpaq var, amma su və bazar yoxdur - Deputat

Kənddə torpaq var, amma su və bazar yoxdur - Deputat
13.11.2025 13:23

 

Azərbaycanda kəndlinin torpağı olsa da, suyu yoxdursa, həmin torpaq ona gəlir yox, yük olur. Bunu millət vəkili Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına əsasən, ölkədə suvarılan torpaq sahələrinin təxminən 40%-i su çatışmazlığından əziyyət çəkir, bəzi bölgələrdə isə bu rəqəm 70%-ə qədər yüksəlir.

Nurullayev qeyd edib ki, Prezidentin tapşırığı ilə aparılan suvarma kanallarının betonlaşdırılması və artezian quyularının istifadəyə verilməsi müsbət addımdır, lakin problemin tam həlli üçün daha geniş tədbirlərə ehtiyac var.

Deputatın sözlərinə görə, kənd təsərrüfatı məhsullarının satışında bazar iri tədarükçülərin əlində cəmləşib və kiçik fermerlər bazara çıxışda ciddi çətinliklərlə üzləşirlər.

“Kəndli 1–2 hektarda məhsul yetişdirir, amma bazara çıxa bilmir. Nəticədə ya məhsulu ucuz qiymətə satır, ya da zərərə düşür”,- millət vəkili bildirib.

O qeyd edib ki, televiziyada göstərilən uğurlu fermer hekayələrinin arxasında minlərlə kəndlinin borc və ümidsizliyi gizlənib. 

“Torpaq varsa, bu sosial dəstəkdən imtina üçün əsas deyil. Torpaq gəlir gətirmirsə, o artıq sərvət deyil, sadəcə mülkiyyətdir”, - Nurullayev deyib.

Deputat kənd təsərrüfatında real dəstək mexanizmlərinin gücləndirilməsini təklif edib. O, suvarma sistemlərinin sürətlə bərpasını, suyun ədalətli bölgüsünü, kiçik fermerlər üçün satış bazarlarının və kooperativlərin yaradılmasını vacib sayıb.

Nurullayev həmçinin dövlət qurumlarında ikinci şöbələrin çoxluğu və paralel fəaliyyətlərin mövcudluğunu tənqid edərək, bu sahədə islahatlara ehtiyac olduğunu bildirib.

Deputat dövlət məmurlarının vətəndaş müraciətlərinə münasibətini də qabardıb.

 “Hər birimiz maaşımızı dövlətdən alırıqsa, vətəndaşın müraciətinə də buna uyğun münasibət göstərməliyik”, - deputat əlavə edib.

N. Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Cəmiyyət 12:43
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb

DYP kənd texnikası sürücülərinə müraciət edib
Cəmiyyət 12:38
DYP kənd texnikası sürücülərinə müraciət edib

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
Cəmiyyət 12:26
Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
Prezident müşavirə keçirib
Cəmiyyət 12:03
Prezident müşavirə keçirib
Azərbaycanda müəssisələr ətraf mühitə təsirlərinə dair illik hesabat təqdim edə bilər
Cəmiyyət 11:52
Azərbaycanda müəssisələr ətraf mühitə təsirlərinə dair illik hesabat təqdim edə bilər
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Cəmiyyət 11:46
Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
Gecə tikinti işləri ilə bağlı sakinlərin şikayətləri artır - deputat
Cəmiyyət 11:39
Gecə tikinti işləri ilə bağlı sakinlərin şikayətləri artır - deputat
Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
Cəmiyyət 11:29
Milli Məclisdə tullantıların idarə olunması ilə bağlı dinləmə keçiriləcək
Bakıda tozlu hava müşahidə olunur
Cəmiyyət 11:18
Bakıda tozlu hava müşahidə olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol