• $
  • £

Samir Nuriyev Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsini təqdim edib

Samir Nuriyev Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsini təqdim edib
13.11.2025 16:36

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev, Prezidentin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi təyin edilmiş Ceyhun Cəlilovu ictimaiyyətə təqdim edib.

AZƏRTAC xəbər verir ki, tədbirdən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, onun xatirəsini ehtiramla yad ediblər.

Təqdimat mərasimində çıxış edən Samir Nuriyev qeyd edib ki, Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafına daim xüsusi diqqət göstərir.

Administrasiya rəhbəri bildirib ki, ölkədə aparılan quruculuq işləri çərçivəsində Naxçıvanın inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. “2023–2027-ci illər üçün Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” qəbul olunub və əsas məqsəd muxtar respublikanın sürətli inkişafını təmin etməklə onun Azərbaycan iqtisadiyyatına tam inteqrasiyasıdır.

Samir Nuriyev vurğulayıb ki, Dövlət Proqramının icrası üzrə fəaliyyət planına uyğun olaraq ticarətin, ixracyönümlü sənayenin, kənd təsərrüfatının, turizmin, infrastrukturun və sosial sahənin inkişafı istiqamətində mövcud imkanlardan səmərəli istifadə olunmalı, bütün qüvvələr səfərbər edilməlidir.

Administrasiya rəhbəri Prezidentin 12 noyabrda yeni təyinatlarla bağlı qəbul zamanı səsləndirdiyi fikirlərə toxunaraq bildirib ki, dövlət başçısı xalqa xidmət, təvazökarlıq və məsuliyyətli fəaliyyət prinsipini hər bir dövlət qulluqçusunun əsas rəhbər prinsipləri kimi müəyyən edib.

Sonda Samir Nuriyev Prezidentin tapşırıq və tövsiyələrini Naxçıvanın yeni rəhbərliyinə çatdırıb və göstərilən etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Siyasət 21:52
Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşüb
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:36
Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Siyasət 18:16
İqtisadi Şuranın iclası keçirilib
Prezident sərəncam imzalayıb
Siyasət 15:16
Prezident sərəncam imzalayıb
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
Siyasət 12:13
Ermənistanın nümayəndə heyəti Azərbaycana gəlib
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Siyasət 10:40
DİN: Bir gündə 65 cinayətin açılması təmin edilib
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb
Siyasət 18:48
Milli Məclisin sədri Litva Baş naziri ilə görüşüb

Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Siyasət 17:14
Ceyhun Bayramov Pakistanın ABŞ-İran atəşkəsinin əldə edilməsində rolunu yüksək qiymətləndirib
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Siyasət 12:04
Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol