• $
  • £

Azərbaycanda 423 min nəfər diabet xəstəsi var

Azərbaycanda 423 min nəfər diabet xəstəsi var
14.11.2025 10:57

Azərbaycanda 423 523 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Onlardan 39 211 nəfər insulinlə müalicə olunan, 384 312 nəfər isə insulinlə təmin edilməyən xəstələrdir. Bu barədə Azərtac məlumat yayıb. 

2024-cü il ölkədə 33 533 nəfərə ilk dəfə şəkərli diabet diaqnozu qoyulub. 

1991-ci ildən etibarən noyabrın 14-ü Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd olunur.

2007-ci ildən bu gün BMT-nin himayəsi altında keçirilir. 2006-cı ildə BMT Baş Assambleyası şəkərli diabetlə bağlı qətnamə qəbul edərək ictimaiyyəti xəstəliyin səbəbləri, əlamətləri, fəsadları, müalicəsi və profilaktikası barədə məlumatlandırmağı prioritet elan edib. 

Şəkərli diabet, orqanizmdə bəzi mübadilə proseslərinin pozulması nəticəsində qanda şəkərin normadan artıq və ya az olması ilə xarakterizə olunur. Xəstəlik dünya miqyasında ateroskleroz və xərçənglə yanaşı, ən çox əlilliyə və ölümə səbəb olan ilk üç xəstəlikdən biridir. 1980-ci ildə dünya üzrə 108 milyon nəfər diabetdən əziyyət çəkirdisə, bu rəqəm hazırda 589 milyon nəfərə çatıb.

Diabetin əsas risk qrupuna 24-60 yaş arası insanlar daxildir. Azərbaycanda xəstəliyin əsas səbəbləri azhərəkətli həyat tərzi, qeyri-düzgün qidalanma və artıq çəkidir.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Cəmiyyət 21:30
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Cəmiyyət 20:03
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Cəmiyyət 19:27
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Cəmiyyət 19:06
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol