• $
  • £

Bakı bazarında kolbasa məhsullarında at əti aşkarlanıb

Bakı bazarında kolbasa məhsullarında at əti aşkarlanıb
14.11.2025 11:45

Nizami rayonunda yerləşən “Kəngərli” bazarında satılan kolbasa və ət məhsullarında at DNT-si aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyindən (AQTA)  bildirilib ki, ət məhsullarının nümunələri mikrobioloji göstəriciləri və tərkibin mənşəyinin yoxlanılması üçün laboratoriyaya göndərilib.

Nəticədə, dana əti basdırması məhsulunda at əti DNT-si müəyyən olunub. AQTA əməkdaşları Rzayev Azad Rza oğluna məxsus anbar və satış obyektində plandankənar yoxlama aparıblar.

 Baxış zamanı aşağıdakı pozuntular aşkar edilib:

Obyekt qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərib, satışa çıxarılan kolbasa, dana əti basdırması, çaxır, konyak və pendirlərin etiket məlumatları və müvafiq sənədləri qanunvericiliyə uyğun olmayıb, “Nemiroff” araq, konyak və çaxır məhsullarının idxal sağlamlıq aktı mövcud olmayıb, pendir və dana əti basdırması məhsulları soyuducudan kənarda, temperatur rejimi gözlənilmədən saxlanılıb, dondurucu və soyuducuda mal qonşuluğu prinsipi pozulub.

Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, satışa çıxarılan məhsullardan nümunələr götürülərək müayinələrə cəlb edilib.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Cəmiyyət 21:30
Bu ərazilər də yağış sularından təmizlənir - Video
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Cəmiyyət 20:03
Bakıda Xameneinin 40 mərasimi keçirilib
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Cəmiyyət 19:27
Naxçıvanda ağır qəza -4 nəfər xəsarət alıb
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
Cəmiyyət 19:06
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 317180 manat ziyan dəyib
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Cəmiyyət 18:50
AYNA taksi fəaliyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Cəmiyyət 18:06
Müdafiə Nazirliyinin nümayəndə heyəti Çinə səfər edib
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Cəmiyyət 17:25
Vens: İslamabadda ABŞ–İran danışıqlarından müsbət nəticə gözlənilir
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:58
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol